İndi sına: 5 yeni il tərzi

Yeni il həftəsinin dress-kodu çox sadədir. Həmkarlarınla ofis əyləncəsində, dostlarınla səhər qədər rəqs meydançasında və ya sevdiyin insanla şam yeməyi, qayda birdir: cazibədar görünmək lazımdır. Bizim bu tərzi yaratmağımız üçün bir neçə variantımız var.

1. ƏYLƏNCƏLƏRİN ULDUZU
Dostlarını ulduz parıltısı ilə heyran etmək istəyirsən? Əsas olaraq fransız hörüyü və şinyonu götürərək onu parıltılı detallarla tamamla. Həmçinin çoxlu fiksasiya geli və saç sancaqlarını da əldə etməyi unutma!

Saç düzümünü necə etmək?

2. SADƏ SEÇİM
Ətrafda hər şeyin boz və qarlı olduğu vaxt qırmızı dodaq boyasını unutma. Məxməri donuq effekti və ya parlaq vinil effekti arasında seçim etməkdə çətinlik çəkirsən. Byüti-mütəxəssislər bir qayda olaraq bildirirlər: donaq dodaq boyaları dolğun qaşlarla və gözlərə xüsusi aksent vermədən istifadə etmək lazımdır. Parıltılı vinil effekti isə mütləq olaraq smoki göz makiyajını tələb edir. 

3. XALO TEXNİKASINDA GÖZLƏR 
Yeni il əyləncə gecəsi üçün göz makiyajının mükəmməl variantı. Cazibədar smoki gözlərin yaradılması üçün tünd rəngli göz kölgələri istifadə et. Bu göz kölgələrini gözlərin kənarına, göz qapağının mərkəzinə isə parlaq effektli krem göz kölgələrindən istifadə et. Heyranedici baxışların yaranacağına əmin ol!

Xalo texnikasında göz makiyajı videodərsinə bax.

4. PARILTI VƏ ŞƏFƏQ
Əgər dəb təqvimində parıltılardan istifadə etməyə bir ay varsa, artıq o gəlib çatdı. Məhz bu gün trenddə olmaqda qaşmaq, hətta adi günlərdə əgər daha ciddi tərzə üstünlük verisrənsə belə. Məsələn, yanaqlarına bir qədər Giordani Gold diyircəkli ənliyindən istifadə et. Lakin radikal olaraq dəyişərək Yeni il şənliyinin ulduzuna çevrilmək istəyirsənsə metal effektli göz kölgəsindən və gözlər üçün rənbərəng maye göz kölgəsi istifadə et.

5. SOYUQLARA BAXMAYARAQ
Soyuq qış mövsümündə qüsursuz dəri tonunu saxlamaq çox çətindir: şaxta və külək heç də gözəlliyin dostu deyillər. Səhərə qədər olan yuxusuz əyləncələr isə problemi bir qədər gərginləşdirir. Ancaq ümidni kəsməyə ehtiyac yoxdu. Almacıq sümüyünə bir qədər kirşan, kirpiklərini xüsusi alətlə burma və yüngül tuş – mükəmməl təbii tərzi yaratmaq üçün kifayət edir. Bir də əsas məsələni unutma ki, üz dərisinin təravətli qalması üçün gündə iki dəfə, səhər və axşam üz dərisinə kompleks qulluq etmək lazımdır. 










Mətn: Şəkil: Getty Images