1. Əvvəlcədən hazırlaşmağı unutma
Kari Delevin tərzində qalın qaşlar çoxdan dəbə qayıdıb və dəbdən düşmək belə fikrində deyil. Lakin “qalın“ dedikdə heç də “səliqəsiz“ qaşları nəzərə almırıq! Qaşlarının düzgün forma alması üçün, mütəmadi olaraq onları yuxarı və sağa daramağı unutma. Lazımsız qıraqlar çıxan tükləri qaş makkaşı ilə götür.
2. Çox tünd rənglərdən istifadə etmə
Vurğulayıcı qaşlardan xoşumuz gəlir. Yalnız düzgün effekt üçün ancaq qara rəngdən istifadə etmək düzgün deyil! Təbii qaş rəngini əldə etmək üçün rəbgi tədricən artır. Əgər öz təbii qaş tonunu axtarmaqda çətinlik çəkirsənsə qaş qulluq dəstindən istifadə et. Onunla sən rəngləri qarışdıraraq öz təbii rəngini əldə edə bilərsən.
3. Boşluqları doldurmağı unutma
Digər geniş yayılmış səhv – qaşların mərkəzi hissəsində qalın xətt çəkməkdir. Unutma ki, tüklər tək qaşın ortasından uzanmır. Yadda saxla: sənin məqsədin – qaşlarının gözəl görünməyi ilə yanaşı onların təbii olmalarıdır. Qaşlarını tüklərin uzanma istiqaməti ilə rənglə. Bu qaşlara təbii effekt verəcək.
4. Nə vaxt dayanmaq lazım olduğunu bil
Bu ən çətinidir. Bu səhvi etdikdən sonra düzəltmək mümkün olmur, lakin düzgün texnikaya nail olduqdan sonra bu səhvlərə yox verilmir. Qaşının uzunluğunun harda bitdiyini bilmək üçün qələmi burnun qırağından gözün sağ alt qırağına doğru uzat. Bizim mükəmməl qaşlar haqqında təlimatımızı oxu və artıq tük çıxarma!
5. Təbiiliyi saxla
Əgər makiyajı bir sözlə təsvir etməli olsaqdıq belə deyərdik: sənin qaşların mümkün qədər təbiiliyi yaxın olmalıdırlar! Vizajistlərin yaradıcılıq fikirlərinə qulaq asma. Vizajistlərin yaratdığı uzun, qalın, dördkünc formalı qaşlar effektli görsənmələri ilə yanaşı çox süni görünürlər. Özünü aldanmağa qoyma, çünki əsas sənin təbii görünməyindir.