GƏLİN
Toy günü sənin yaddaşında ömürlük qalacaq. Həmçinin bu gün sən diqqət mərkəzində olacaqsan. Nə dərəcədə gözəl və qeyri-adi görsənmək istədiyinə baxmayaraq bir şeyi unutma ki, əsas odur ki, özünə oxşayasan. Özün kimi ol, gözəlləş, yalnız yenə də özünə oxşa. Makiyajda yalnız sənə yaraşan rənglərdən istifadə elə - indi yeni dodaq boyaları rəngi ilə eksperiment aparmaq vaxtı deyil. Əgər makiyajını dəvət olunmuş vizajist edəcəksə, onda sənin bəyəndiyin və sənə ilham verəcək bir şəkli ona göstər. İstənilən halda daha çox açıq rənglərdən istifadə etmək lazımdır. Həmçinin atkual dəb makkiyajları olan, məsələn qrafik oxlar və ya konturlaşmadan uzaq dur. Çünki illən sonra toy şəkillərinə baxdıqda makiyajın hələ də aktual görünəcək.
GƏLNİN ANASI
Qızının toy gün sən dünyanın ən məşqul insanı olacaqsan, məhz ona görə də sənə universal makiyaj lazımdır. Sən mükəmməl görünmək istəyərsən - çünki bu anı illərlə gözləmisən. Parlaq dodaq boyalarından uzaq dur, onlar qırışları daha da nəzərə çarpan edəcək. Onun yerinə daha çox mat teksturlu dodaq boyalarından istifadə et. Həmçinin mat dodaq boyaları daha çox qalıcı olurlar. Bu metod həmçinin göz kölgələrində də keçərlidir. Parıltı və metal effekti göz qıraqlarındakı "qaz pəncəsi" qırışları daha da nəzərə çarpacaq edir. Mat və bir qədər neytral rəng çalarları, bir qədər kirşan sənin dərinlə əla uyğunlaşır. Bu da xu xüsusi gündə sənə lazım olacaq əsas məsələdir.
GƏLİNİN RƏFİQƏSİ
Bu gün ikinci plana keçməli olacaqsan. Ona görə də mütləq olaraq gəlindən hansı makiyajı edəcəyini soruş və ona uyğun olaraq makiyaj et. Mükəmməl variant– yaxşı makiyaj əsası, tonal əsas, netral qammada kosmetika və əlbəttə ki, suyadavamlı tuş. Bəzən dostluğa görə çox addımlar atmaq olur.
TOYDA QONAQ
Ən əsası - toyda dress-koda uyğun olaraq görünməkdir. Geyimlə bağlı məsələ həll olunubsa makiyajla eksperimetlər aparmaq mümkündür. Məsələn, ВВ-kremin neytral rəngindən istifadə edərək daha çox dodaqları vurğulamaq və gözləri adi vəziyyətdə saxlamaq. Yaxud da əksinə, daha çox gözlərini vurğula, dodaqlarını isə nyud rənginə boya. Toy – şənlikdir: ədəbi formada olarsa, deyə bilər ki, istədiyiniz kimi görünə bilərsiniz.
"DAHA BİR MƏSƏLƏ"
Əgər məclisdə olan qonaqları əksiriyyəti sənə tanış deyillərsə, onda sən daha çox mükəmməl görünməyə çalışmalısan. Ona görə də ədəbsiz deyil, məhz gözəl görümək lazımdır. Əsas dres-koda fikir ver və sadə makiyj et. Məsələn təbii çalarlarla mükəmməl makiyaj edə bilərsən.