Yaş əleyhinə: makiyajın 5 fəndi

Yaşlanma əlamətləri səni narahat edirsə, makiyaj onları gözlətməyə sənə kömək edəcək. Lakin arzuolunmaz dəyişiklikləri vurğulayaraq o həmçinin zərər verə bilər. Bunların qarşısını almaq qaydaları haqqında danışaq.

ASAN ƏSAS

Yaşlandıqca dərimizin rəngi solur və dəyişir, ona görə dərini işıqlandıran və hamar örtü ilə təmin edən əsas axtar. Mimik qırışları vurğulayaraq səni yaşlı göstərən ağır formulalardan uzaq ol. Onların əvəzinə üz dərisi və boynuna yüngül əsas və ya CC-kremi (məsələn, Giordani Gold multifunksional krem) bərabər şəkildə çək. Yüngül konsiler xoşagəlməz problemlərə meylli dəri nahiyələri: burun pərləri və gözlərin altındakı nahiyələr ilə mübarizə aparmağa kömək edir. 



GƏNCSAYAĞI ALLIQ

Ənlik sənə bir saniyədə bir neçə yaş əlavə edə bilər. Tam effekt üçün yanaqlarını vizual olaraq vurğulamaq üçün kremşəkilli ənliyi almacıq sümüyünün ən yuxarı hissəsinə çək. Çəhrayı qammalı aşıqlandıran ənlik işığı əks etdirərək üz dərisini yumşaldacaq və qırışları azaldacaq. Bizim seçim:

Giordani Gold diyircək formasında ənlik  və Very Me "Şirin güləmeyvə" ənliyi


VURĞULANMIŞ GÖZLƏR

Yaş ötdükcə göz qapaqların dartılır və aşağı düşür, lakin düzgün kontur çəkmək problemi həll edəcək. Yuxarı göz qapağının qatlarına  yumşaq donuq kölgələr çəkərək baxışlarına dərinlik bəxş et. Solğun çalar və parıltılardan uzaq ol - onlar qırışları xoşagəlməz şəkildə vurğulayır və üz dərisi daha da solğun görünür. Burulmuş kirpiklər göz qapaqlarını vizual olaraq qaldırır, həcm bəxş edən tuş isə seyrək kirpik effektini aradan qaldırır. 



SIX QAŞLAR

Qaşlar üzü vurğulayır və onun çevrəsini daha dəqiq göstərir. Qaşların nazikdirsə, The ONE qaşlar üçün dəstdən istiafdə et və gel vasitəsilə qaşlarına ideal forma ver. Qaşlarını vizual olaraq korrektə etmək üçün təbii qammalı - blond və ya qəhvəyi çalarlı - qələmdən istifadə et və qaşlarını yüngül ştrixlərlə rəngləyərək probelləri doldur. 


DOLĞUN DODAQLAR


Yaş ötdükcə dodaqlarımız dolğunluğunu itirir. Onlar nazik görünməsin deyə dodaq qələmindən və donuq effektli dodaq boyasından istifadə etmə. Onun əvəzinə, dodaqların daha dolğun və cavan görünməsi üçün dodaqalrın ortasına bir qədər parıltı çək. 

 

Orta-intensiv mərcani və qırmızı dodaq boyasının çalarları yaş dövründən asılı olmayaraq istənilən dəridə gözəl görünəcək, solğun çəhrayı, tünd badımcan və qəhvəyi tonlar sənin dodaqlarını vizual olaraq daha yastı göstərərək səni daha yaşlı göstərəcək. 

Mətn: Şəkil: Shutterstock