Makiyaj üçün 5 fırça

Deyirlər, fırça nə qədər yaxşı olsa, rəssam bir o qədər yaxşı olacaq. Bu qayda makiyaj sənətinə 100% aid edilə bilər: bu fırçalar olmasa, makiyaj mümkün deyildir.

1. ƏSAS ÜÇÜN

Tonal əsası süngər ilə çəkmə. Yalnız fırça. Fırçanın növü sənin əsasının konsetrasiyasından asılıdır. Sən bərk örtüklü krem əsasları bəyənirsənsə, sənə yastı fırça lazım olacaq. Sən şəffaf əsaslara üstünlük verirsənsə, sənin həcmli yumşaq fırçaya ehtiyacın var. 

2. KONSİLER ÜÇÜN

Konsiler üçün fırça çox lazımlı alətdir. Onun köməyilə sən konsileri gözlərinin altına çəkəcək və gözətrafı kölgələr və şişkinliklərdən effektli şəkildə azad olacaqsan (bu məqalədən daha ətraflı şəkildə öyrən). Həmçinin bu fırça ləkələri gözlətməyə kömək edəcək, lakin əvvəlcədən onun rənginin tonal əsasının rənginə uyğunluğunu dəqiqləşdir.

 3. KİRŞAN ÜÇÜN

Kirşan və ənlik üçün fırçalar yumşaq, yastı və yumrulanmış kənarlara malik olmalıdır. Kirşanı bərabər şəkildə çəkmək üçün onun fırçanın hər iki tərəfi ilə götür. 


4. GÖZLƏR ÜÇÜN

Göz makiyajı üçün sənin iki növ fırçaya ehtiyacn var. Orta ölçülü fırça ilə hərəkətli göz qapağına kölgə asanlıqla çəkilir, qısaldılmış kənarlara malik kiçik fırça isə gözləri vurğulamaq üçün idealdır. Onunla kirpiklərin xətti boyunca, göz qapaqlarının qatlarına kölgə çəkmək, həmçinin qaşları doldurmaq mümkündür. 

5. DODAQLAR ÜÇÜN
Hər makiyaj ustası dodaqlar üçün fırçadan istifadə edir. O rəngi bərabər şəkildə çəkməyə, formasını vurğulamağa və hamar örtü bəxş etməyə kömək edir. Həmçinin sən fırçadan istifadə etsən, dodaq boyası daha az istifadə olanacaq. 


Mətn: