Üç addıma çimərlik buruqları

Yay vizit kartı və romantik əhval rühiyyə tərzi – dəniz küləyində azacıq daralmış buruqlar. Əgər dənizdən uzaq olsan belə romantik görünüş yaratmaq istəyisənsə bu saç düzümünü istənilən yerdə edə bilərsən.

SAÇLARIN DÜZDÜRSƏ

Sənə lazım olacaq: termomüdafiəedici sprey, saç burulması üçün fen, saç düzümünün bərkidilməsi üçün fiksajlamaya malik saç lakı.

1. Termomüdafiəedici spreydən başla.
2. Saçlarını orta hissədən başlayaraq dörd və ya beş hissəyı ayır. Daha sonra fenin köməkliyilə hər birini bur. 
3. Hazır saç düzümünün uzun müddət qalması üçün bərkidici spreydən istifadə et. 


SAÇLARIN NAZİKDİRSƏ

Sənə lazım olacaq: həcm üçün mus, saç burulması üçün fen,spreyyuyulmayan sprey-termomüdafiə
1. Nəm saçlara musu köklərindən ucluqlarına qədər çək və daha sonra saç ucluqlarıni daramadan saçını qurut. 
2. Saçı böyük hissələrə ayıraraq fenin köməkliyilə hər birini bur. 
3. Sonunda saçlarına sprey vur. Əgər günün sonunda saçlarının həcminin itildiyini görsən saç  diblərinə bir qədər quru şampun vur.

SAÇLARIN TƏBİİ OLARAQ BURUQDURSA

Sənə lazım olacaq: saç üçün yağ, saç üçün bağ, sancaq və sprey. Əgər saçların təbiətən buruqdursa demək sənə sadəcə olaraq onları vurğulamaq lazımdır. 

1. Əgər saçların təbiətən buruqdursa demək sənə sadəcə olaraq onları vurğulamaq lazımdır. Saçlarını axşamdan yu və dəsmalla qurudaraq onlara yağ vur. 
2. Saçlarını ayır və çox da sıx olmayan iki hörük hör. Onları saçında sancaqla bərkit və yat.
3. Səhər sənə hörükləri açmaq və onları spreylə düzəltmək qalacaq. 


Mətn: Şəkil: Getty Images