1. Ətrin qoxusunun gün boyu dəyişilməyəcəyini gözləmə
Ətri istifadə etdikdə ilk öncə onun yuxarı notlarını hiss edirsən. Lakin yuxarı notlardan əlavə ətrin ürək və baza notları mövcüddur. Əgər ətrin əsas notlarının qoxusunu bilmək istəyirsənsə, nümunə kağıza ətir vur və bir müddətdən sonra onun dəyişilmiş qoxusunu öyrən.
2. İlk təəssürata aldanma
Yeni ətri sınaqdan keçirəndə 30 saniyə gözlə. Bu müddət ərzində spirt buxarlanaraq ətrin əsl qoxusunu bilməyə kömək edəcək.
3. Cəhalətə davam etməyin
Əgər sizin hər hansısa notu bəyənirsinizsə, bu o demək deyil ki, o notlu istənilən ətri seçə bilməzsiniz. Hər bir notun tərkibində 10-dan 200-ə qədər inqredient var ki, o da öz növbəsində hər bir ətir üçün spesifik olur. Məhz ona görə də cəsarətli ol və yeni ətirləri sına!
4. Bir dəfəyə çox ətri sınaqdan keçirmə
Heç vaxt gün ərzində üçdən artıq ətri sınaqdan keçirmə. Ətirlərin arasında da qoxunu neytrallaşdıraq üçün kofein iylə. Qoxunu neytrallaşdırmaq üçün daha bir vasitə sudur. Hər bir ətri sınaqdan keçirməmişdən öncə su iç.
5. Yeniliklərə hazır ol
Yeniliklərə açıq ol! Hər dəfə təkrarən adət etdiyin ətri seçməkdənsə məhz sənin şəxsiyyətini aşkar edəcək yeni ərit axtarışında ol.
6. Ətirləri düzgün saxla
Günəş şüaları, isti və ya soyuq sevimli ətrindəki aroma yağların balansını korlaya bilər. Ona görə də ətir flakonlarını günəş şüalarında uzaq, quru yerdə saxlayın.
7. Hara istifadə etdiyini bil!
Deyilənə görə, hansı nahiyyənin öpülməyini istəyirsənsə, məhz ora da ətir vur. Gülməli səslənir? Lakin burda bir həqiqət var. Bədəninin temperaturunun qalxması ilə ətir daha çox səslənəcək və bu da nəbzin vurduğu yerlərdə ətrin daha uzun müddətli qalması deməkdir.
8. Biləklərini bir-birinə sürtmə
Bu tamamilə mənasızdır. Bundan əlavə sən ətrin yuxarı notlarının daha tez açıqmasına kömək etmiş olacaqsan.
9. Düşünmə ki, rəfiqənin sevimli ətrinin qoxusu səndə də eyni olacaq
Bədənin kimyası – Ətri işə salan əsas güc, ona görə də hər bir ətir müxtəlif insanlarda başqa cür səslənir. Ətrin əsl qoxusunu bilməyin yeganə metodu özünüzdə istifadə etməkdir.
10. Düşünmə ki, onun qoxusu həmişəlik qalacaq
Ətrin qoxusu bütün gün gələ bilməz. Bədən üçün spreylərin qoxusu bədəndə bir saat, odekolon – 3 saat, tualet suyu (eau de toilette) – dörd, parfüm suyu isə (eau de parfum) – altı saata qədər qala bilər. Ən uzun müddətli qalıcılığı olan - ətir (parfum) on altı saata qədər qalıcılığı ola bilər.