Üz üçün təməl qulluq

Dərinizdə olan problemlər üçün sadə həllər onun gözəlliyini və sağlamlığını təmin edən faydalı inqrediyentlərdən ibarət olduqda effektiv ola bilərlər. Essentials-ın dərinizə göstərə biləcəyi gündəlik qulluq barədə daha çox öyrənin.

Bəzən dəriniz üçün ən yaxşı həllər – sadə həllərdir. Essentials təməl qulluq xəttləri bütün il ərzində gündəlik istifadə üçün uyğundurlar. Onlar dərini nəmləndirir, qidalandırır və qoruyurlar. Tərkibində parabenlər və QMO yoxdur və dermatoloqların nəzarəti altından sınaqdan keçiblər. Bu vasitələr həyat tərzindən, hava şəraitindən, yaşdan və dərinin növündən asılı olmayaraq dərinin gözəlliyini və sağlamlığını təmin edən ən effektiv komponentlərdən ibarətdirlər.

E vitamini

Güclü antioksidantlardan biri olan E vitamini dərini sərbəst radikalların gündəlik təsirindən qoruyur, oksidativ stressin nəticələrilə mübarizə aparır və dərinin cavanlığını təmin edir. Bizim orqanizm onu hasil etmir və bu səbəbdən dərinin tələbatlarını ödəmək üçün onu xarici mənbələrdən əldə etməyimiz önəmlidir.

E vitamini nəmləndirici və qoruyucu xüsusiyyətlərə malikdir, quruluq və qabıqvermə ilə mübarizə aparır, kollaqenin və elastinin hasilini sürətləndirir və iltihabların yaranmasının qarşısını alır. Dərinin sağlamlığı və gözəlliyi üçün əsl vitamin!

Е vitamini hər iki Essentials seriyasında var: klassikFairness.  

Təbii kanola yağı
Kanola yağı XX əsrdə kanadalı alimin kəşf etdiyi rapsın müəyyən növündən alınır. Ekstraksiya prosesi çox vaxt və güc tələb edir, bu da öz növbəsində komponenti daha da dəyərli edir. Yağın daxilində nəmin səviyyəsini bərpa edən, dərini qidalandıran və yumşaldan yağlı turşular və fitosterollar var. Nəticədə o dərinin təbii qoruyucu funksiyalarına bənzər qoruyucu səth yaradır.

Kanola yağı ilə vasitələr quru və həssas dəri üçün qulluq zamanı əvəzedilməzdirlər: o elastiklik və yumşaqlıq bəxş edir, iltihabın qarşısını alan effektə malikdir və qırışların düzləndirilməsinə səbəb olur. Onun kimyəvi tərkibində insan orqanizminin müstəqil olaraq hasil edə bilmədiyi yaölı turşular var  — məsələn, əvəzolunmaz Omeqa-3 turşularının qrupuna daxil olan alfa-linolen turşusu (ALA).

Kanola yağı ilə ən sevimli vasitələrimiz—  Essentials seriyası. Dərini faydalı maddələrlə qidalandırmaq üçün gündə cəmi 3 addım: yumşaq 3-ü 1-də təmizləyici vasitə, nəmləndirici kremdodaqlar üçün qidalandırıcı balzam. Əlavə nəmləndirmə üçün həftədə iki dəfə maska istifadə edin.  

В3 vitamini (niasinamid)
Niasinamid — mikrodövrün bərpası, kapilyar divarlarının möhkəmləndirilməsi, kollaqenin və elastinin sintezinin sürətlənməsi nəticəsində dərinin hüceyrə səviyyəsində bərpasına səbəb olan B3 vitamininin suda həll edilən formasıdır. Nəticədə dərinin tonu düzlənir, işıqlanma effekti yaranır, dəri qırışları və akne azalır. 

Əlavə olaraq niasinamid dərinin qoruyucu maneəsini möhkəmləndirir, nəmin itkisinin qarşısını alır, sebumun hasilini tənzimləyir — bu xüsusiyyəti yağlı dəriyə sahib olanlar qiymətləndirə bilərlər. B3 vitaminin iltihabın qarşısını alması effekti həssaslıq və qızartılarla mübarizə aparmağa kömək edir.

Fairness Essentials gündəlik qulluq xəttində çirkin və makiyajın silinməsi üçün 3-ü 1-də təmizləyici vasitə, 2-i 1-də maska skrab və intensiv təmizləmə pərəstişkarları üçün üz və bədən üçün universal sabun əldə edə bilərsiniz. İşıqlandırıcı kremin tərkibində dərindən nəmləndirmə üçün qliserin və aktiv inqrediyentlərlə, işıqlandırıcə effektlə vasitələr istifadə etdiyiniz halda piqmentasiyadan qorunmaq üçün SPF 10 vardır.

 

 

Mətn: Şəkil: Oriflame