Solğun dəriyə parıltını necə qaytarmaq olar?

Dəriləri sanki içəridən işıq saçan qadınların sirri nədir? Niyə sənin dərin bu qabiliyyətini itirdi? Gəl birlikdə dərinin solğunluğunun əsas səbəblərini təhlil edək və arzuolunan sağlam parıltını geri qaytarmağa nəyin kömək edəcəyini öyrənək.

Dəri niyə solğunlaşır?
Dərinin parlaqlığı nitq şəkli deyil, kifayət qədər nəzərə çarpan bir xüsusiyyətdir. Bu, dərinin işığı əks etdirmə qabiliyyətidir, onun yuxarı təbəqəsinin - epidermisin vəziyyətindən asılıdır. Quruluq, aşınma və qırışlar dərinin səthini qeyri-bərabər edir. Nəticədə işıq yayılır, əks etdirilmir və üz solğun, dəri isə tutqun görünə bilər.

Parlaglığı necə qaytarmaq olar?
Tutqun üz rəngi – xoşagəlməz, lakin düzəldilə bilən haldır. Sənə lazım olan tək şey – qulluğu seçmək və aktiv inqrediyentlərin təsirinə etibar etməkdir.

Hialuron turşusunun gücü
Parlaq dəri arzulayırsansa, ilk növbədə nəmləndirməyə diqqət yetir. Hialuron turşusu bu tapşırığın öhdəsindən gəlməyin ən yaxşı yoludur, çünki o, dəridəki nəmi maqnit kimi çəkir və saxlayır. Bu komponenti piqmentasiyaya qarşı NovAge Brilliancekimi üz serumlarında axtar. O, epidermis təbəqələrinə daha dərindən nüfuz edən, nəm balansını bərpa edən və nəticədə teksturanı və tonunu yaxşılaşdıran aşağı molekulyar hialuron turşusu ehtiva edir. Dərinin nəmləndirilmiş və hamar üst təbəqəsi işığı daha yaxşı əks etdirir və sən yenidən parıldayırsan!

Müntəzəm yenilənmə

Həftədə 1-2 dəfə pilinqdən istifadə edirsən? Biz bu mühüm mərhələni buraxmamağı tövsiyə edirik, axı aşınma dərini daha hamar edərək və parlaqlığı gücləndirərək ölü hüceyrələrdən qurtarmağa kömək edir. Bu sadə prosedurun daha bir bonusu: o, dərini sonrakı qulluğun çəkilməsinə hazırlayır və aktiv komponentlərin daha dərindən nüfuz etməsinə və daha effektiv təsir göstərməsinə imkan verir.

Şəkil: Andrea Simons