Sağlam vərdişlər gündəlik həyatına uyğundursa, onları tətbiq etmək daha asandır. Orifleym şirkəti mütəxəssisləri tərəfindən hazırlanmış qidalanmaya kompleksli yanaşma o qədər sadə və effektivdir ki, biz onu Wellness-ABC adlandırdıq - əlifba kimi.Onun köməyi ilə sən asanlıqla və zövqlə öz sağlam həyat tərzi hekayəni yaza bilərsən.
Wellness-ABC yanaşmanın nədən ibarət olduğuna baxaq.
A — Gündəlik rasionun vitaminlər, minerallar və Omega-3 poli-doymamış yağ turşuları ilə aktiv tənzimlənməsi və zənginləşdirilməsi. Bu təməl hər gün pəhrizdə mümkün olan səhvləri aradan qaldırmaq və günün quruluşundan asılı olmamaq üçün lazımdır. Wellness-ABC qadın və kişilər üçün Wellness Pack vitamin kompleksləri bu hissə üçün məsuliyyət daşıyır.
B — Azad radikallara və ətraf mühitin digər mənfi faktorlarına qarşı baryerdir. Antioksidantlar, astaksantin və qaragilə ekstraktı hüceyrələrimizi müdafiə etdiyi halda, dadlı və asan sorulan kokteyllər şəklində olan zülallar bədənə yeni hüceyrələr istehsal etməyə, sağlam və güclü qalmağa kömək edir.
C — Bədənin fərdi ehtiyaclarının doldurulması. Qəfil yaranan aclığı aradan qaldırmaq üçün və ya xüsusi əlavə vasitəsi ilə saç və dırnaqların sağlamlığını qorumaq üçün gündəlik rasionunu batonlar və ya şorba ilə tamamla.