ŞƏKƏR SƏNİ NECƏ YAŞLI EDİR
Orqanizmdə şəkər çoxluğu 35 yaşdan sonra , kollagen sintezi azalması ilə dəriyə təsir etməyə başlayır. Bu məsələyə elmi cəhətdən yanaşsaq deyə bilər ki, qlükoza kollagen lifləri və elastanı birləşdir, nəticədə isə hüceyrələr kobudlaşır və zəifləyirlər. Bu proses Bu proses qlikasiya adlanır. Xarici görünüşdə bu qırışların əmələ gəlməsi və yaşlanmasıdır.
Lakin şəkər tək kollagen sintezinə təsir etmir. O həmçinin hüceyrələrin istehsal etdiyi kollagenin növünə də təsir edir. Ətraf-aləmin zərərli təsiri, günəş şüalarının təsirindən möhkəm liflər zəif və kövrəkləşirlər.
PANİKA ETMƏYİN
Sadə olaraq bil: əgər orqanizmində qlükozanın səviyyəsi norma daxilindədirsə, onda qlikasiya sənin üçün normal proses olmalıdır. Lakin qlükoza ilə zəngin qidanın qəbulu qlikasiya prosesinin çətinləşdirə bilər.
ZİYANLI ŞƏKƏR
Ən ziyanlı şəkər mənbələri - əlbəttə ki, şirin içkilər, qənnadı məmulatları və əlbəttə ki, əgər şirin halda içirsənsə kofe və çaydır. Dərinin cavanlığını uzun müddət saxlamaq istəyirsənsə şəkərin qəbulu ilə yanaşı karbohidratların da – ağ çörək və pastaları qida rasionundan çıxartmaq lazımdır. Həmçinin məhsulların tərkibində gizli şəkər mənbələri olan məhsulları tap. Məsələn məhsulların tərkibində olan gizli qarğıdalı siropu əlavəsi qlikasiya prosesinin intensivliyini 10 dəfə artırır.
FAYDALI ŞƏKƏR
Qəbul edə biləcəyin gündəlik şəkər norması gün ərzində 6 çay qaşığından artıq olmamalıdır (təxminən 100 kKal). Şəkərin təbii əvəzediciləri olan fruktoza və laktoza orqanizmə daha xeyirlidir. Onlar meyvə və tərəvəzlərdə, həmçinin süd məhsullarının tərkibində mövcüddur.
SƏN NƏ EDƏ BİLƏRSƏN
Dərini cavan saxlamağın ən effektli yolu qəbul olunan kalorinin hüsablanması, həmçinin zəngin şəkər qəbuluna nəzarət edəcəyin sağlam qida qəbuludur.
Qida rasionunu anioksidantlarla zənginet. Yaşıl çay iç, qaragilə, qoz və qırmızı istiot ye. Antioksidantlar sərbəst radikallarla mübarizə apararaq elastin lifləri və kollagenə təsirini azaldırlar.
Müasir qulluq vasitələri şəkərin dəriyə zərərli təsirini azaltmaq qabilliyətinə malik olsa da sağlam qida qəbulu qədər xeyirli ola bilməz. Krem və zərdablar kollagen istehsalını stimullaşdıraraq qlikasiya prosesi ilə mübarizə aparır və qırışları daxildən üzə çıxararaq onları hamarlayır. Bizim xüsusi olaraq Ecollagen seriyası məhsullarından xoşumuz gəlir. Lakin dərin artıq hamarlığını itiribsə sənə liftinq effektli məhsul seriyası olan NovAge Ultimate Lift uyğun gələcək. Həmçinin gündəlik olaraq günəşdən qorunmaq üçün qoruyucu vasitələrdən istifadə etməyi unutma.