Həssas dərinin 6 əlaməti və qulluq məsləhətləri

Qızartı, qıcıqlanma və ya qaşınma? Ola bilsin ki, həssas dərin var.

img-1.jpg

Həssaslıq nədir?
Bu, dərinin müxtəlif amillərə qıcıqlanma ilə cavab verdiyi vəziyyətdir. Statistikaya görə, həssaslıq problemi ilə inkişaf etmiş ölkələrinsakinlərinin 50%-dən çoxu qarşılaşır. Həssaslıq simptomlarına quruluq, soyulma, qızartı, dartınma, səpkiər, qaşınma, ağrı və yanma aiddir və hətta yağlılığa meylli olan dəri də həssas ola bilər.

Niyə dəri həssas olur?
Dərinin həssaslığı həm anadangəlmə xüsusiyyət ola bilər, həm də günəşin və ya aqressiv ətraf mühitin təsirinə, kosmetikanın komponentlərinə, stressə temperatur dəyişiklikləri, soyuq və küləyə müvəqqəti reaksiya ola bilər. Həssaslıq adətən zəifləmiş qoruyucu maneəyə görə yaranır və dərinin xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslığı ilə müşayiət olunur.

Həssas dərinin əlamətləri

1. Dərin hava dəyişikliklərinə reaksiya verir
Dəri həssas olduqda, soyuq və ya külək iltihab, quruluq, qızartı və ya qaşınmaya səbəb ola bilər.

2. Dərinin təmizlənməsindən sonra sən dartılmanı, yanmanı və ya qaşınmanı hiss edirsən
Bir çox yuyucu vasitələr həssas dərinin reaksiya verdiyi sulfatlar və ətirləyicilərdən ibarətdir.

3. Qulluqedici və ya dekorativ vasitələr çəkərkən sən ağrı hiss edirsən, və dəri qızarmağa başlayır
Dəriyə qulluq vasitələri diskomfort yaratmamalıdır, buna görə də ola bilsin ki, sənin dərin həssasdır və ya dərin üçün uyğun olmayan məhsullardan istifadə edirsən.

img-2.jpg 

4. Dərində iltihablar var 
İltihablar və qızartı mütləq dərinin yağlılığı ilə əlaqəli deyil – onlar onun yüksək həssaslığının əlaməti ola bilər.

5. Günəşdə qalmağın bir neçə saniyəsindən sonra səndə qırmızı səpki əmələ gəlir
Həssas dəri ultrabənövşəyi təsirləri pis keçirir və qırmızı səpki və ya ləkələr şəklində reaksiya ilə cavab verə bilər.

6. Dərin qurudur və soyulur
Həssas dərinin qoruyucu maneəsinin bütövlüyü pozduğuna görə, o, nəmi daha etz itirir və quru və kobud olur, qaşınma və soyulma yaranır.

Bəs həssas dəriyə necə qulluq etmək olar?
Həssas dərinin reaksiyaları və onun qıcıqlanmasının səbəbləri fərdi və gözlənilməz ola bilər, amma biz dərini sakitləşdirməyə və ağırlaşmalardan qaçınmağa kömək edəcək bir neçə ümumi məsləhəti hazırladıq.

Üzünü isti su ilə yox, ilıq su ilə yu, beləliklə kəskin temperatur dəyişikliyin qarşısını alacaqsan. Bundan əlavə, həssas dəri üçün sakitləşdirici xüsusiyyətlərə malik və sulfat və ətirləyici ehtiva etməyən təmizləyici vasitədən istifadə et.

Vəsaitlərin təmizlənməsi və ya çəkilməsi zamanı ehtiyatlı şəkildə hərəkət et : aqressiv toxunma təsiri dərinin qıcıqlanmasına səbəb ola bilər.

Dərini nəmləndir! Bütün dəri tipləri nəmləndirməyə ehtiyac duyur, xüsusilə həssas dəri, çünki zədələnmiş qoruyucu maneəyə görə o, asanlıqla nəmi itirir.

SPF ilə vasitələrdən istifadə et əgər günəşə çıxacaqsansa, baş örtüyü tax, amma imkan daxilində kölgədə qalmaq daha yaxşıdır.

Dərinin qıcıqlanmasına səbəb olan vasitələrdən istifadə etmə, adətən, onların tərkibində ətirləyicilər, spirt və sintetik boyalar var.

Həssas dərinin xoşagəlməz reaksiyalarına səbəb ola bilən turşularla pilinqdən və retinollar ehtiva edən vasitələrdən imtina et Retinola alternativ olaraq DermalLift Active kompleksi ilə NovAge Skinrelief seriyasından olan vəsaitləri sına – o, qırışları azaldır və retinol kimi dəri elastikliyini artırır, lakin daha incə təsirə malikdir.

Mətn: