Yeni il səhəri

Səhərə qədər davam edən əyləncə gecəsi, daha sonra günortaya qədər yatmaq əlbəttə ki, sənin dərində öz yorğunluğunu əks etdirəcək. Yeni il səhəri təravətli görsənmək istəyirsən? Bütün gecə dərində düzgün qulluq vasitələrindən istifadə et.

GECƏ MASKALARI


Gecə maskaları yuxudan öncə istifadə olunur və səhər üz dərisindən yuyulur. Onların əsas məqsədləri – dərini sən yatdığın zamanda nəmləndirməkdi. Maska dəri səthində qoruyucu təbəqə yaradır, aktiv maddələrin daha effektli işləməsinə səbəb olurlar. 


GECƏ KREMLƏRİ
Gecə kremlərinin əsas vəzifəsi – nəmləndirmək və bərpa etməkdir. Ancaq onun vəzifəsinə dərinin ətraf-aləmin zərərli təsirindən qorumaq deyil, bununla gündüz kremləri məşğul olur. Əgər sən yaşlanmanın ilk əlamətləri ilə mübarizə aparırsansa, onda tərkibində glikolik turşusu olan vasitə seç. Məsələn: True Perfection. Dartıcı effekt üçün Ultimate Lift gecə kremindən istifadə et. Qırışlara qarşı mübarizə aparmağa isə, Ecollagen gecə kremi kömək edəcək.

"Səhər üz dərinin təravətli olmağı üçün üzündən makiyajı tamamilə silərək zərdabdan istifadə et. "

ZƏRDABLAR 
«Zərdablar tərkibində lazimi antioksidantlar, vacib turşular və vitaminlər var», – üz dərisinə qulluq kateqoriyası direktoru Melina Qaleadi deyir. Səhər üz dərinin təravətli olmağı üçün üzündən makiyajı tamamilə silərək zərdabdan istifadə et. Zərdab testuru nəmləndirici vasitələrin tərkibinə nisbətən daha sulu strukturda olduğu üçün, üz dərisinə daha asanlıqla hoparaq dərin qatlara təsir edir.  

ƏL KREMİ
Sən yatdığın müddətdə sənin dərin bərpa olunur. Gün ərzində sən tez hopan kremlərdən istifadə edə bilərsən. Ancaq gecələr sənə daha qidalandırıcı və dolğun vasitə lazımdır. Nəmləndirici yağlarla zənginləşdirilmiş, məsəslən, makadamiya yağı və ya badam yağına fikir ver. Onlar quru dəriylə mükəmməl mübarizə aparıllar. Bir də ki, təsiri artırmaq üçün nəyə görə də əl dərisə qulluq üçün xüsusi əlcəklərdən istifadə etməyəsən?

DABANLAR ÜÇÜN MASKA 
Daban üçün maskalarda nəsə bir sibaritlik var. Bütün iş gününü çox da rahat olmayan ofis ayaqqabılarında keçirtdikdən sonra, ayaqların rahatlıq tapmaq üçün isti ağ corablara ehtiyacı olur! Daha yaxşı nəticə üçün dabanlara Şi yağı və ya arı mumu çək. 
 


Mətn: Şəkil: Fotolia & Oriflame