H2: 1. Vitamin E
O, nə edir: bu güclü antioksidant dərinizi ətraf mühitin zərərli təsirlərindən, günəş şüalarından və sərbəst radikallardan qoruyur. Həmçinin, E vitamininin nəmləndirici xüsusiyyətləri – qışda aşınmış, quru dəri üçün əsl qurtuluşdur.
Bumu harada tapmaq olar: bir az E vitamini əldə edə bilərsiniz, əgər:
• Şaxtada gəzinti zamanı E vitamini ilə Tender Care Protecting Balm qoruyucu balzamdan istifadə edin
• Özünüzə qış bazar günü rahatlaşdırıcı köpüklü vanna və yaxşı kitab ilə xoş anlar bəxş edin. Essentials seriyasını gündəlik dəriyə qulluğunuza daxil edin. Onun tərkibində dərini qidalandıran, onu parlaq edən E vitamini var.
2. Vitamin B3
O, nə edir: Bu super-vitamin dərini ultrabənövşəyi şüaların dağıdıcı təsirlərindən qoruyan, səpkiləri və yaşlanma əlamətlərini azaldan, qırışlara, tünd ləkələrə və dərimizin tam məhvinə səbəb olan stressin nəticələri ilə mübarizə aparan bərpaedici xüsusiyyətlərə malikdir. Bundan əlavə, vitamin B3 (niasin) DNT-nin bərpasında əsas rol oynayır və sağlam dərinin ayrılmaz bir hissəsidir. Vitamin B çatışmazlığı quruluğa və aşınmaya gətirib çıxara bilər.
Onu harada tapmaq olar: bu vitamin əhəmiyyətli qidalandırıcı maddədir, ancaq bədənimiz özü onu istehsal etmir. Xoşbəxtlikdən, B3 vitaminini rasionumuza daxil etməyin bir neçə yolu var. Məsələn:
• Qızardılmış toyuq, tuna, bütün taxıllar, avokado, göbələk və ya şirin kartof ilə doyurucu salatlar kimi yağsız proteinlə zəngin yeməkləri rasionunuza daxil edin. Ləpələr həmçinin bədəndə B3 səviyyəsini artırır!
Tərkibində B3 vitaminli vasitələri gündəlik qulluğunuza daxil edin:
• Sevimli yun corablarınızı geyinin, özünüzə böyük fincan çay tökün və kitabla rahatlanın. E və B3 vitaminləri ilə Fairness Essentials maska və skrabımız haqqında da unutmayın.
• Səhər və axşam dəri qulluğunuza vitamin ehtiva edən vasitələr əlavə edin. Dərini nəmləndirmək, qidalandırmaq, pis havadan və zərərli sərbəst radikallardan qorumaq üçün tərkibində niasinamid (B3-ün aktiv formasının qəribə adı) olan gündüz kreminı axtarın.
Pəncərənin arxasındakı hava gözlənilməzdir, lakin bu vitaminlər dərinizə bütün qış ərzində sağlam və parlaq qalmağa kömək edəcək!