Fasilə götür: self care trendini araşdırırıq

İş qrafikini tam doldurmaq artıq dəbdə deyil. Sən ən çox pulu qazanırsan ... istirahət etdiyin zaman! Gündəlik qayğılar içində özünə qulluq göstərmək üçün yer yoxdursa, yaradıcı həllərin axtarışı tükənir və nəticələr düşür. Qərbdə self care trendi sürət alır: həyata balansı qaytarmaq üçün sadə yollar. Onlardan beşini seçdik - sınayacaqsan?

Şüurluluğu artır
Hətta ən gərgin iş günündə, yavaşlanmaq və anı hiss etmək üçün heç olmasa bir neçə dəqiqə tap. Səhər yeməyi qəbul edirsənsə, sevimli yeməyinin bütün nüanslarından zövq al. Ətrafında nə görürsən? Bəlkə, quşların oxumasını və ya pəncərədən ağacların səsini eşidirsən? Öz daxili narahtçılıqlarına deyil, dünyanın gözəlliyinə fokus – budur gücün tez bir zamanda bərpa olunması sirri.

Səhərlər tələsmə
"Cəmi beş dəqiqə!", sən yenidən zəngli saatı qurursan, sonra isə son dəqiqədə yerindən qalxırsan və təmiz paltar, yemək və açarlar axtarışında mənzildə oyan-buyan qaçmağa başlayırsan. Özünü köklə! Bir az tez dur, gözəl bir səhər yeməyi hazırla, DƏRİNƏ QULLUQ ET, bu gün necə görünmək istədiyini seç: gününü yavaş templə başla və axşama qədər sakititliyini saxlaya biləcəksən.

Suyu sev
Çox sadə və darıxdırıcı səslənir, lakin kifayət qədər su içmə vərdişi enerji əlavə etmək və həyat keyfiyyətini yaxşılaşdırmanın ən təsirli yollarından biridir. Uzun müddətdir ki, sağlam həyat tərzinə keçmək istəyirsənsə, sudan başla. Səhərlər, davamlı yuxudan sonra orqanizmin susadığı zamanı bir və ya iki stəkan su iç və özünlə kiçik bir butulka gəzdir.

Yeniliklər tətbiq et
Həyatda çoxlu "lazımdır" olduqda və demək olar ki, heç bir öz "istəyirəm" olmadıqda, motivasiyanı itirmək və apatiyaya düşmək asandır. Arzularının xobbisinə başla, hətta o, mənasız və qəribə görünsə belə. Dulusçuluq master-klasları? Əlbəttə! Sketçinq? Buyur! İş vəzifələri ilə paralel olaraq cədvələ daxil et - və hərəkətə keç.

“Yox” deməyi öyrən
Qaynar vanna, şokolad və sevimli serial – gərgin həftədən sonra rahat axşam üçün hər şey hazırdır. Evdən çıxmaq üçün çox yorulmusan, ancaq rəfiqə elə bil qəsdən əla bir ziyafətə çağırır, ana isə bağ evində kömək istəyir. Razılaşma! Özünə istirahət etməyə icazə ver və nəzakətlilikdən və ya borc hissindən irəli gələrək razılaşma: başqalarına yaxşı əhval-ruhiyyə vermək üçün özün güclənməlisən.