İsveç gözəlliyi: Wellness məhsullarinin yeni qabaşdirmasini qarşila

Wellness məhsullarının yeni qablaşdırmasını yaratmağa dizaynerləri nə ilhamlandırdı və isveç binalarının buna aidiyyəti nədir? Orifleym qablaşdırma dizaynı üzrə baş menecer Korneliya Qreko danışır.

1. YALNIZ GÖZƏLLİK ÜÇÜN DEYİL
Müasir isveç dizaynının əsas prinsipləri: vizual və üslub sadəliyi, forma və funksionallığın ideal balansıdır. Biz bizi əhatə edən gündəlik predmetlərin saxlanılmış gözəlliyini qiymətləndiririk, yaradıcılıq qərarlarının yararlılığı isə yoxlanılır.
Biz Wellness məhsullarının yeni qablaşdırmasını yaratmaq üçün çoxsaylı təltif  və mükafatlara sahib olan  ən yaxşı Avropa dizayn studiyalarından birini  cəlb etdik.  Məqsəd- isveç estetikası ruhunda daha müasir görünüş vermək, məhsulların premium keyfiyyətini göstərmək və onun istifadəsini sadələşdirməkdir. İlk görüşdə əsil sevgi!

2. SEVGİ İLƏ BÜTÜN PLANETƏ

Wellness məhsulunun yeni qablaşdırmasını aç və görəcəksən ki, artıq təlimat kitaçası yoxdur. Bütün məlumatları qutunun  özündə tapa bilərsən.
Biz Orifleym olaraq davamlı inkişaf və məsuliyyətli istehsal prinsiplərinə ciddi yanaşırıq. Bukletdən imtina kağız istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir: beləliklə yeni Wellness məhsulları yalnız sənin üçün deyil bütün ətraf mühit üçün faydalıdır.

3. İSVEÇ MEMARLIĞI RƏNGLƏRİNDƏ
Paytaxtdan başlayaraq ən kiçik kəndə qədər, bütün İsveç şəhərlərinin görünüşünü olduqca aydın seçilən detal  birləşdirir: binaların rəngi. İsveç memarlığında marka simvoluna çevrilən - qəhvəyi, zeytuni və sarı səpməli qırmızı, çəhrayı və mavi pastel rənglər olduqca rəngarəng palitra formalaşdırır.

Dizaynerlər Wellness məhsullarının isveç mənşəli olduğunu vurğulamaq üçün bu çalarların əksəriyyətindən qablaşdırmada istifadə etmişdirlər, bununla yanaşı Wellness Pack qutularında parlaq-bənövşəyi rəngi və bu məhsulları bütün dünyada tanıdan qadınlar üçün multivitamin və mineral kompleksi tərkibini qoruyub saxlamışlar.

«Biz Wellness  məhsullarının yeni qablaşdırmasını yaratmaq üçün çoxsaylı təltif  və mükafatlara sahib olan  ən yaxşı Avropa dizayn studiyalarından birini cəlb etdik».

Korneliya Qreko, qablaşdırma dizaynı üzrə baş menecer

 

 

Mətn: Şəkil: Oriflame