Protein kompleksi: 3 faydalı qida resepti

Protein kompleksinin köməyi ilə sən çörək, yoqurt, hətta xardal da hazırlaya bilərsən. İnanmırsan? Resepti oxu!


Çörək

1 kömbə İnqrediyentlər:  

  • 350 ml ilıq su.
  • 6 q quru maya (və ya 12 q təzə maya).
  • 190 q tamtaxıllı un.
  • 2 porsiya Protein kompleksi (2 х 18 q).
  • 25 q kətan tumları.
  • 75 q qaynadılmış tamtaxıllı yarma (qarabaşaq, bütöv buğda, qara yaxud
  • yabanı düyü, kinoa, çovdar taxılı).
  • 25 q günəbaxan tumu.
  • 25 q balqabaq tumu.
  • 3 q duz. 

Hazırlama qaydası:

Sobanı 180 dərəcəyə qədər qızdır. Böyük qabda mayanı ilıq suda həll et və 5 dəqiqə saxla. Ona kimi qalan inqrediyentləri digər qabda qarışdır, sonra isə mayalı qatışıqla birləşdir. Alınmış xəmiri əvvəlcədən yağlanmış və un səpilmiş düzbucaqlı çörək formasına qoy (təxmini ölçüsü 28 x 12 x 7 sm) .Formanı dəsmalla ört və 30 dəqiqə ərzində isti yerə qoy, xəmir qalxacaq və 2 dəfə böyüyəcək. Sonra formanı sobaya yerləşdir və 180  dərəcədə 60 dəqiqə ərzində bişir. Hazır çörəyi formadan çıxar və kəsməzdən əvvəl 2 saat soyumağa qoy.

Yoqurt

1 porsiya İnqrediyentlər:

  • 100 ml su (yaxud yağsızlaşdırılmış süd,
  • yaxud soya və ya badam südü)
  • 200 ml şirin olmayan təbii yoqurt
  • 50 q müsli (yaxud hazırlanmış tamtaxıllı
  • sıyıq, yaxud təbii quru yulaf yarması)
  • 1 xr. q. balqabaq tumu
  • 1 xr. q. günəbaxan tumu
  • 1 porsiya Protein kompleksi (18 q)
  • Bir qədər təzə giləmeyvə yaxud nar dənələri - bəzəmək üçün

Hazırlanma qaydası: Su/süd, yoqurt və Protein kompleksini tam qarışana kimi qarışdır, sonra müsli/yarma və tumları qat və səhərə qədər soyuducuda saxla yaxud təzə giləmeyvə və ya nar dənələri ilə bəzəyib dərhal ye.


Dijon xardalı

12 porsiya üçün inqredientlər:

  • 100 ml su;
  • 50 ml dijon xardalı;
  • 50 ml zeytun yağı;
  • 50 ml alma sirkəsi;
  • 1 porsiya protein kompleksi (18 q);

Protein komplesini şeykerə tök, tam həll olunması üçün su əlavə et. Daha sonra mayeni dərin qaba boşalt. Üzərinə xardal, zeytun yağı və sirkə tökərək yaxşıca qarışdır. Hazırdır! Dijon xardalı soyuducuda bir həftəyə qədər qala bilər. İstifadədən əvvəl qarışdırın.

 

Mətn: Şəkil: Oriflame