Ofisdə məşq üçün 3 sadə tapşırıq

Saysız-hesabsız e-mail, müşavirələr və zənglər arasında məşq üçün necə vaxt tapmaq olar? Daha ətraflı mətndə.

1. OTURUB QALXMA

Stulun yanında dayan və ayaqlarını çiyinlərindən bir qədər enli saxla. Əllərini qarşında yığ, qabağı bax və stula sallağı oturmağa başla. Yavaşça hərəkət et, ayaqlarında gərginliyi hiss et, bud və baldır hissələrinin arasında düz bucaq və bud hissəsinin döşəməyə paralel olmasına fikir ver. Belini düz saxla və nəfəs al: nəfəs alarkən otur, nəfəsini 2-3 saniyəyədək saxla və nəfəsi buraxanda ayağa dur. 12 dəfə təkrar et.

2. BƏDƏNİN İRƏLİ VERİLMƏSİ (ƏKS TƏRƏFƏ)

Stulu özündən arxaya yerləşdir və şəkildə göstərildiyi kimi bir ayağını stula qoy. Dizlərinin düz qoyulduğuna əmin ol və yavaşça sallağı otur. Hərəkətlərin sənə ağrı verməməsinə fikir ver. Hər ayaq üçün 12 dəfə təkrar et.

3. STUL İLƏ QOLLARI ÜSTƏ ƏKS İSTİQAMƏTDƏ QALXIB ENMƏLƏR

Belini stula tərəf çevir, çiyinlərin eni məsafəsində əllərini stulun qırağına qoy. Stul möhkəm olmalıdır, bazu sümüyü döşəməyə perpendikulyar, dirsəklər isə yan tərəflərə getməməlidir. Belə vəziyyətdə qolları üstə qalxıb enməyə başla: nəfəsi buraxaraq arxaya, nəfəsi alaraq qabağa. İrəli bax və kəskin hərəkətlər etmədən 12 dəfə təkrar et.

Mətn: Şəkil: Oriflame