Ev şəraitində üz massajı edirik

Stimullaşdırcı, linfodrenajlı və ya akupressur (nöqtəvi massaj) — bu byüti-prosedurların məhşurluğu dünya üzrə günü gündən artır. Bu massajlar nəyə görə lazımdır, onları ev şəraitində necə etmək və hansı nəticələri gözləmək — bizim xüsusi məqaləmizdən oxu.

STİMULLAŞDIRICI MASSAJ

O nəyə görə lazımdır?

Solğun və yorğun dəriyə sağlam görünüş vermək üçün. 

Hansı nəticələr gözləmək?

Massajı düzgün və müdəmadi etsəz nəticə sizi sevindirəcək: dəri tonu daha bərabər, üz konturları — daha dəqiq, dəri rəngi isə parlaq olacaq. Məhz buna görə stimullaşdırcı makiyajı əminliklə üz dərisinə qulluq kompleksinə əlavə et! 

Necə etmək

Əsas texnikaya dəqiqliklə əməl etməkdir. Dərini isti su ilə nəmləndir, bir qədər təmizləyici gel götürərək bütün üzünə yay (göz hissəsindən qaç). Daha sonra dəri təmizlənməsi üçün SkinPro cihazını götür, cihazın fırçasını su ilə islat və massaj hərəkətləri ilə üzünü massaj et.  İstifadə müddəti — 20 saniyə alın nahiyyəsinə və 40 saniyə digər nahiyyələrə (çənə, yanaqlar, burun, almacıqlar və.s) Bu cür massaj cəmi bir dəqiqə vaxt aparır, qan dövranını stimullaşdırır və kliniki cəhətdən sübut olunmuş nəticələri təstiq edir: 5 həftə ərzində 8 dəfə* daha çox parlaq dəri!

*30 qadının iştirakı ilə keçirilmiş in vivo kliniki sınaqların nəticəsinə əsasən.

LİMFODRENAJNIY MASSAJ 

O nəyə görə lazımdır?

Şişkinliklə və dəri elastikliyinin itirilmısi ilə mübarizə aparır.  

Hansı nəticələri gözləmək?

Bir sözlə desək: limfadüyünlər infeksiyalarla mübarizə aparır və zərərli maddələri orqanizmdən çıxarır. İnsan orqanizmində limfodüyünlər yüzlərlədir. Əgər limfodrenaj massajı düzgün etsəz, dəri tonuslanacaq və şişlinlik itəcək. Həqiqi möcüzə!

Necə etmək

  1. Sevimli təmizləyici vasitəndən istifadə edərək üz və boyun nahiyyəsindəki çirkdən azad ol. Daha sonra üz yağını əlinin içində sürt və üzü aşağıdan yuxarıya doğru hərəkətlərlə massaj et.
  2. Daha sonra barmaqların ucları ilə hərəkət edərək burun nahiyyəsindən dodaq nahiyyəsinə qədər massaj et.
  3. Adsız barmaqla gözlərin qıraq konturu ilə C formasında hərəkət et. Bu texnika şişkinlikdən azad olmağa kömək edir.

AKUPRESSUR MASSAJ

O nəyə görə lazımdır?

Baxışlara təravət vermək və gözlərin yorğunluğunu aradan qaldırmaq üçün.

Hansı nəticələri gözləmək?

Akupressur və ya nöqtəvi massaj qədim Çin şəfa metodu əsasında yaradılaraq gərginlikdən azad olma üsullarına daxildir. Gün ərzində kompyüterə baxdıqda ilk növbədə gözlərimiz, dah sonra isə gözətrafı dəri yorulur. Akupressur massaj əsas əzələlərin, xüsusi ilə də mimik və dərin qırışların gərginliyinin aradan qaldırılmasında kömək edir.  

Necə etmək?

İlk əvvəl üz və boyun dərisinin çirkdən və malikajdan təmizləmək üçün sevimli təmizləyici vasitədən istifadə et, daha sonra iki barbaqla üz nöqtələrinə bas. Sıralanam belə olmalıdır:

  1. Gözlərin daxili bucağı;
  2. Qaşların daxili bucağı;
  3. Qaşların alt hissəsi;
  4. Gözlərin xarici bucağı;
  5. Göz qapağı hissəsindən bir qədər aşağı;
  6. Burnun üst hissəsi.


Mətn: Şəkil: Getty Images