İstənilən yerdə məşq üçün 3 sadə tapşırıq

Yanvardan indiyənə qədər artıq yarım ildən çox keçib. Yeni İl vədlərini yerinə yetirməyin vaxtıdır! Sənin üçün xoşbəxt həyatın qısa kursunu hazırlamışıq: evdə, bağ evində və ya oteldə məşq üçün üç sadə və effektiv çalışma.

1. DAHA GÜCLÜ OL

Həftədə 2-3 dəfə 5-15 dəqiqəlik qısa məşqdən başla (həftə ərzində 45 dəqiqə məşq etmək o qədər də çox deyil). Kardioməşqləri güc çalışmaları ilə kombinasiya et. Atlan, dizlərini növbə ilə sinənə çəkərək planka et. Nəfəs almağı unutma.

 

2. PİYADA GƏZİNTİ

Pilləkənlə qalx, nahardan sonra gəzintiyə çıx, evdən və ya işdən bir neçə dayanacaq aralıqda nəqliyyatdan düş və gəziş, velosiped sür. Hər gün azca da olsa məşq edərək ürək-damar sistemini qaydasında saxlayacaqsan. Misal üçün, gündə 8 mərtəbə piyada qalxmaq vaxtından əvvəl olüm riskini 33% azaldır.

3. İDMANI OYUNA ÇEVİR

Qonaq otağında özün üçün rəqs partisi düzəlt, dostlarınla futbol oyna, itlə qaç, ekskursiyalara get, şəhərdə gəz və s. Bütün bu çalışmalar pulsuzdur və heç bir əlavə bilik və ya təchizat tələb etmir. Bu çalışmalar səni daha dözümlü edəcək, immun sistemini yaxşılaşdıracaq, çəkinin azalmasına kömək edəcək və serotonin hasilini stimullaşdıracaq. Gözəl vücudla yanaşı xoş əhval, möhkəm yuxu və enerji əldə edəcəksən.

Mətn: