İdmanla məşğul olmağın effektini necə artırmaq?

Bəzən özünü məşqə getməyə məcbur etmək mümkün olmur. Çünki bu gün nələr baş verməyib! Sabah getsəm daha yaxşı olar. Səni çox yaxşı başa düşürük. Motivasiyanı hardan almaq? Sənə dostunun köməyi lazımdır!

GÜCÜNÜZÜ BİRLƏŞDİRİN
Yeni həyata başlamaq üçün — uyğun kompaniya tapmaq mütləqdir.  Kiməsə çağırış etmək və ya motivasiyaya ehtiyacı olanı həvəsləndirmək. Birlikdə daha asan və daha maraqlıdır! 

MƏŞQLƏR ÜÇÜN TƏRAFDAŞ TAPMAQ 
Birgə məqlərdə olduqca çox müsbət cəhətlər tapmaq mümkündür.  Ona görə də səhərlər 5 km qaçan, balansı saxlayan və krossfiti saxlaya bilən birini tapmaq qarşına qoyduöun məqsədin birincisi olmalıdır. Sənin məşq dostun səndən daha yaxşı və daha dözümlü olmalıdır. Bu sənin daha yaxşı versiyandır. Və o səni komfort zonasında çıxardacaq. Əgər sən məşqə gedirsənsə, motivasiyası olmayan insanla darıxacaqsan. Onda onun məşqçisi və motivatoru bir üzdə olmalısan. Uzun saatlı məşqlər və uğurlu nəticələrdən alınan sevinc — motivator olmağı çox bəyənəcəksən! 
Bəs məşqlər üçün tərəfdaşı hardan tapmaq olar? Dostlar və tanışlar, həmçinin qohumlar və həmkarlarından soraqlaş. Səninlə birlikdə məşqlərə gedən insanlarla danış,bəlkə onlar da belə bir tərafdaş axtarışındadırlar. Sosial şəbəkələrdə məşqlər üçün kompaniya axtardığınız barədə paylaşım et və şərhləri gözlə.

PLAN VƏ MƏQSƏDLƏRİ MÜZAKİRƏ ETMƏK
Siz idmana birgə getməyə hazırlaşırsız — təbrik edirik! Artıq məşqlərin vaxtını dəqiqləşdirmək, həftənin günü və vaxtını təyin etmək zamanıdır.  

1. Qarşınıza individual məqsədlər və onları yerinə yetirmək müddəti qoyun. Bu mütləq olaraq çətinliklə əldə oluna biləcək məqsəd olmalıdır.  Bir-biriniz arasında və ya özünüz təklikdə yarışın. Bir-birinizə kömək edin və yarı yolda qalmaqda qoymayın. 
2. Fərdi məşqlər üçün abonement almaq hər bir insan üçün kifayət qədər bahadı. Lakin siz həmişə məşqçi ilə danışaraq məbləğı üç yerə bölərək birlikdə məşq edə bilərsiniz. ость.
3. Arzuların şoppinqi, Avropaya səhəyat və ya digər vacib hadisə — işləmək üçün arzularının məqsədini tap. Uğulu nəticələri qeyd et, uğursuzlardan isə nəticə çıxart. Hər şey alınacaq! 

Mətn: Şəkil: Getty Images