Bu yenilik sənə hər gün lazımdır

Quru dəri, qırışlar və piqmentlər? Deyəsən, biz bilirik, sən dəriyə qulluqda hansı addımı unudursan.

Gizli maddə
Sən artıq özünü dəriyə qulluq üzrə mütəxəssis hesab edirsən: kompleks qulluq seçir, maskalarla qidalandırır və xüsusi qoruma olmadan Günəş işığına çıxmırsan. Səni gər kəsin həsəd aparacağı mükəmməl parlaq dəridən - sən tutqun günlərdə sunscreen istifadə etmirsən- yalnız bir addım ayırır. Bəli-bəli, hətta göy üzü buludlarla örtülü olsa belə.

Dərinin sağlamlığı üçün qalxan
UB şüalar hətta buludlardan belə keçir və dərinin vaxtından əvvəl qocalmasının ən əsas səbəblərindən biridir. Əgər sən parka çıxmısansa və iri ağac kölgəsində sevimli kitabını vərəqləyirsənsə, yenə də piqmentasiya, daha dərin qırışlar və hətta melanoma qazanmaq riski qalır, buna görə də SPFi unutma.

Gözəlliyin əsası
Sebumun yüksək ifrazı, parıltı, qeyri-bərabər və dözümsüz ton günəşdən qoruma vasitələrinin üzdə yaratdığı bütün bu problemlər artıq keçmişdə qaldı. Yüngül teksturalı müasir formullar tez uyğunlaşır və makiyaj üçün ideal təməl yaradır. Bax: Mən dözümlü tonal təməl The ONE EverLastingi multimüdafiəli SPF 30 Optimals gündüz kreminin üzərindən çəkdim. Nəticə- hamar ton və sağlam parlaqlıq!

Redaktorun seçimi
Multimüdafiəli SPF 30 Optimals gündüz kremi dərhal nəmləndirici təsir bağışlayır (99% təsdiq edir), parıltı saxlamır və yüngül tekstura hesabına tez hopur (78% təsdiq edir). Anti-Pollution Active kompleksi dərini ultrabənövşəyi şüaların və çirklənmiş ətraf mühitin təsirindən yaranan erkən qocalmadan müdafiə edir. Qırmızı yonca və mürvər ekstraktı sakitləşdirir və sərbəst radikallardan qoruyur. Qulluq, nəmləndirmə və müdafiə bir vasitədə!

Mətn: Şəkil: Oriflame