Motivasiyanı saxla!

Məşqlərə getməyə tənbəllik edirsən? Səni başa düşürük! Lakin motivasiyanın olmaması sizi gözəl və sağlam həyata aparan yoldan saxlamamalıdır! Biz sənə vəziyyətdən asılı olmayaraq həvəsinizin itməməsinə kömək edəcəyik!

1. QARŞINA REAL MƏQSƏDLƏR QOY

Əgər qarşına edilməsi mümkün olmayan məqsədlər qoyursansa, onda nəinki ciddi travma almaq, həmçinin öz gücünə inamı itirə bilərsən. Müəyyən vaxtdan osnra sənə perspektiv gəlməyən məşqi buraxacaqsan. Ona görə də qarşına yalnız real məqsədlər qoy. Əlbəttə ki, daha sonra məqsədlərini daha da yüksəldə bilərsən. Unutma ki, sağlamlığa aparan yol – heç də sprint deyil, əksinə həyat uzunluğunda marafondur. 

2. NAİLİYYƏTLƏRİNƏ GÖRƏ ÖZÜNÜ MÜKAFATLANDIR

Hər hansı bir məqsədinə çatdıqdan sonra bunu qeyd etməyi unutma. Belə sən prosesi daha maraqlı edərək özünü bu işdən bezməyə qoymayacaqsan. Məsələn, özünə dadlı smuzi hazırla və məşqdən sonra sevimli serialına bax. Məşqlərinin adət halına keçməsinə kömək et! 

3. MƏRC ET

Dostuna mərci uduzmaqdansa, özünə verdiyin sözü yerinə yetirməmək daha asandır.  Mərc etyalnız 1 nomrəli qaydanı unutma ki, bir ilə heç kim boks üzrə dünya çempionu ola bilməz. Sən mərcə girə bilərsən ki, bir il ərzində ayaqlarını məşq etdirməyi unutmayacaqsan, bu ay keçən ayla müqayisədə beş kilometr daha çox qaçacam, bununla yanaşı buraxılmış məşqlərə görə cərimə sistemi də yaxşı kömək edir. Bəs dostlar nəyə görə lazımdır?


4.  
ŞƏNLƏN

Şən olmaq düşünərək sağlam həyat tərzi seçənlər üçün əsas məsləhətdir. Əgər sən hər gün eyni idman hərəkətləri etsən, müəyyən vaxtdan sonra bu səni bezdirəcək, həmçini əzələlərin eyni idman hərəkətlərinə öyrəşərək gərginliyə cavab verməyəcək. 


5. 
EKRANDAN GÖRÜNÜ ÇƏKMƏ

Biz sosial şəbəkələrdə çox vaxt keçiririk. Nəyə görə də bu müddət ərzində vaxtın bizim sağlamlığımız üçün çalışmağına imkan yaratmayaq? Facebook və İnstagramda motivasiya verəcək akkauntlara abunə ol, həmçinin Youtube kanallarında kompleks məşqlərə bax!  

 




Mətn: Şəkil: Getty Images