Bilməyiniz vacib olduğu altı eko-simvol

Hətta kosmetika axtarışında belə təbiətin qeydinə qalmaq istəyirsiniz? Onda məhsulun qablaşdırılmasında yer alan xüsusi simvollara fikir ver!

1. FRIEND OF THE SEA («DƏNİZLƏRİN DOSTU») 
Wellness seriyası məhsullarında balıq yağı beynəlxalq "Dənizlərin dostu"(FRIEND OF THE SEA, FOS) təşkilatı tərəfindən sertifikatlaşdırılmışdır. FOS — qeyri-ticarət və qeyri-dövlət proyekti olaraq əsas vəzifəsi su mühitinin qorunmasıdır. Bu beynəlxalq təşkilat balıq və dəniz məhsullarının sertiikatlaşması ilə məşğul olur. FOS balıqçılıq iqtisadiyyatı təşviq edir, onları sertifikatlaşdırır, balıq tutulması üçün xüsusi metodlardan istifadə etməyi bununla da ekosistemə mənfi təsirin minimuma düşməsinə kömək edir. Həmçinin  sertifikatlaşma enerjiaktivliyin yüksək standartlarını və sosial məsuliyyəti təmin edir.

2. FAIRTRADE («ƏDALƏTLİ TİCARƏT»)
Nəmləndirici günüz krem-qulluğu və hamarlayıcı gözərtafı dəriyə qulluq Ecobeauty kremi Fairtrade-də sertifikatlanıb. Fermerlər üçün bu iş öz işlərində daha ədalətli ticarəti təmin edərək işində daha yüksək nəticə əldə etməyə içkan yaradır.

3. THE VEGAN SOCIETY TRADEMARK (VEQANLAR CƏMİYYƏTİ)
"Neçural Balans" şorbaları və ilk Ecobeauty seriyası Veqanlar cəmiyyətində qeydiyyatdan keçib. Qeydiyyat ciy və hazır məhsullarımızın heç bir heyvanı mənşəyi olmadığı, həmçinin onların heyvanlar üzərində sınaqlardan keçilmədiyini təstiq edir.

4. ECOCERT(EKOSERT) 
Ecobeauty seriyası Ecocert sertifikatı ilə təltif olunub. O təbii inqredientlərin istifadəsi və sintetik ionqredientlərin təbii inqredientlərlə əvəz olunmasına zəmanət verir.

5. MEŞƏ QƏYYUMLUQ ŞURASI™ (FOREST STEWARDSHIP COUNCIL; FSC™)
Biz qablaşdırmalarımızda Meşə Qəyyumluq Şurası™ tərəfindən sertifikatlaşdırılmış kartonlardan istifadə edirik. Bu bizim qablaşdırmalarda istifadə etdiyimiz materialların ekoloji məsuliyyət prinsipləri ilə yenidən emal olunmuş materiallarda istifadə edilməsinə zəmanət verir.

6. THE GREEN DOT («YAŞIL NÖQTƏ»)
The Green Dot («Yaşıl nöqtə») sertifikatı— Oriflame şirkətinin məhsullarının çeşidlənməsi və qablaşdırmasında istifadə olunan materialların yenidən toplanması bə emalı lisenziyası nişanıdır. 

Mətn: