Çantadan çıxarmaq, 15 dəqiqə saxlamaq, yumaq - dəri 8 saatlıq yuxu və ya dəniz kruizindən sonra olduğu kimi işıq saçır. Parça maskalarını sadəlik və tez təsirinə görə sevirlər, yüksək konsentrasiyaya malik aktiv maddələrlə zəngindir. Sadə qaydalara riayət et və onlar yüz faiz işləyəcək.
1. Dərini necə lazımdır təmizlə
Bəli, biz bilirik üz maskası ilə tez divanın üstünə necə rahat otura və sevimli seriala baxa biləcəyini isteyirsən. Makiyajı sildin? Tələsmə! Sevimli gel və ya köpük ilə üzünü yaxşı yu, konjak süngər və ya fırça istifadə et. Dərini skrabla massaj etsən və ya buğa versən daha da yaxşı olar. Məsamələri ölü hücəyrələrdən və sebumdan təmizləmək vacibdir. Belə, aktiv maddələr daha dərinə keçəcək.
2. Əllərini yu
Maska ilə saşeni açmazdan əvvəl əllərini yu və qurut – antibakterial sabunla daha yaxşı olar. Təsəvvür et ki, ovuclarından gələn mikroblar üz və parça təbəqəsi arasına nəmli qidalandırıcı mühitə düşdü və orada təxminən yarım saat vaxt keçirtdi! Ən yaxşı halda, maska zəif təsir verəcək - amma tökülmələr və hətta allergiya ola bilər.
3. Maskanı bütün üzünə yay
Parça yanaqlarına yığılıb, çənədə isə tamamilə çıxıb? Səbirli ol və düzəlt: maska üzün bütün səthini örtməlidir və üzə mümkün qədər yaxın durmalıdır. Elə bu səbəbdən, bir yerdə oturmaq lazımdır, uzanmaq isə daha yaxşı olar - əgər parça maska daim sürüşüb çıxırsa, üzün üzərində hərəkət edirsə və ya düşürsə, onda onun heç bir mənası yoxdur. Sadəcə rahatlan: bu sənin qanuni relaks anlarındır.
4. Vaxta nəzarət et
Maska üzdə qurumamalıdır - dərinin səthindən buxarlanaraq bəzi komponentlər quruluq və qıcıqlanmaya səbəb ola bilər. Təlimatda 15 dəqiqə deyilir? Çıxar, maska qablaşdırmada olduğu kimi hələ də nəm olsa belə.
5. Sonra üzünü yuma
Parça maska isidici formulun fişkası onun dəridə mütləq şəkildə saxlanılmasıdır: tərkibindəki aktiv maddələrdən maksimum effekti məhs belə alacaqsan. Maye çox uzun müddət sorulursa və ya narahatlığa səbəb olursa, artığı salfetlə islat.
6. Özünü maska ilə məhdudlaşdırma
Bu gün maska etməyə qərarlaşdırdınsa, bu o demək deyil ki, o, sənin dəriyə standart qulluğunun bütün addımlarını əvəz edəcək. Təmizləmə haqqında biz artıq danışdıq, tonik maskadan əvvəl tətbiq edilir, serum isə - sonra və istəkdən asılı olaraq. Ancaq üz və gözətrafı dəri üçün kremlər mütləqdir! Maskadakı maye sorulduqdan sonra onları tətbiq et - beləliklə aktiv maddələri içəridə möhürləyəcəksən.
7. Mövsüm və dəri təlabatlarına görə dəyişdir
İnanırıq ki, ən sevdiyin maska dərini hamar, qidalanmış, elastik edir, yaxşı əhval-ruhiyyə verir və illik hesabatlar tərtib edir. Ancaq ilin mövsümündən, iqlimdən və hətta qadın dövrünün fazalarından asılı olaraq dərinin təlabatları dəyişir. Seçməyə ehtiyac yoxdur: hər şeyi götür və dəri vəziyyətinə görə dəyişdir.
Nəyi sınamaq olar?
Biz əminik ki, parça maskası üçün uyğun an - hər zaman və hər yerdədir! Xüsusilə parlaq qablaşdırma və şirəli meyvə ətiri əhval-ruhiyyəni qaldırırsa. Çətin iş həftəsi oldu? Qızlar üçün Spa toplantısı zamanıdır! PORTAĞAL VƏ YULAFLI YENILƏYICI LOVE NATURE MASKASINI tətdbiq et - o, yorğunluq əlamətlərini azaldacaq, dərini intensiv şəkildə nəmləndirəcək və onun parıltısını qaytaracaq. Arzularının səfərinə çıxırsan? Özünlə antioksidant maskasını götür. Təbii üzüm ekstraktları bərpa etməyə və dərini aqressiv ətraf mühitdən: günəş, külək, qum, quruluqdan qoruyub saxlamağa kömək edəcək. Gündəlik həyatın sürətli ritmini dayandırmaq və qanuni 15-20 dəqiqəlik relaksı əldə etmək istədiyin zaman istifadə et - dəri üçün əsl xoşbəxtlik!