Evdə SPA: özünü əzizləmənin 7 yolu

Əgər tətil çoxdan qurtarıbsa, dedlayn və ciddi hesabatlar artıq başlamışdır deməkdir, müvəqqəti istirahət xəyal belə olmazkən, həyati zərurətdir.

ARTIQ OLAN HƏR ŞEYİ SİL

Buxara verilmiş dəri skrab və pilinqə əla reaksiya verir. Əgər hamam prosedurlarından öncə bədən üçün quru fırça istifadə etsən, eksfoliasiya nəticəsi daha yaxşı olacaqdır- bu limfanı qovmaq və şişkinliyi aradan qaldırmaq üçün  yoxlanılmış metoddur. Duş öncəsi quru fırça ilə müntəzəm masaj, selülitdən azad olmağa və dərini daha hamar və elastik etməyə kömək edəcəkdir.

MULTİTAKSİNQ

Vannaya uzanmazdan öncə, saçlarına sevimli yağını, üzünə isə gil maskasını çək. Əsas,  hər şeyi öncədən hazırlamaqdır. Əgər bir SPA günündə bir neçə gözəlləşdirici-prosedurlar yerinə yetirmək imkanı varsa, nədən vaxt itirəsən? 

İÇƏRİDƏKİ DƏNiZ

Biz dənizə gedərkən, adətən, enerji partlayışı, immunitetin yüksəlməsi, saçların  və dırnaqların vəziyyətinin yaxşılaşmasını hiss edirik. Sanki, bir neçə ay irəlinin enerjisini toplayırıq. Gözəl xəbər odur ki, dəniz duzu ilə ev üsulu vanna bənzər effektə malikdir. Büdcəyə uyğun və effektlidir: duz nəinki xroniki xəstəliklərin, həmçinin bir sıra digər xəstəliklərin qarşısını alır.

SU FORMASI

Əgər sənin yaşadığın regionda su həddindən artıq coddursa, suyu yumşaldan və dəri qurumasının qarşısını alan xüsusi vasitədən istifadə et. Bu vasitə köpüklənmir, sadəcə olaraq əriyir və sən vannadan çıxarkən dərin artıq lasyon istifadəsindən sonra olduğu kimi hamar və nəmlənmiş olur. 

NOTLARIN AHƏNGİ

Stresə hər tərəfdən təsir edə bilərsən: iybilmə və  səs  həmçinin bunlara daxildir! Ətirli şamlar və tüstü çubuqlarını hazırla və telefonuna rahatlaşdırıcı lounge tərzində musiqi yüklə. Belə bir fon səni lazımi ruh halına kökləyəcək.

EFiR YAĞı

Əgər vannaya bir neçə damcı damlatsan, sadəcə olaraq  suyun üst hissəsinə yayılacaqdır. Sevimli yağından bir neçə damcı bir ovuc dəniz duzuna damlat və bir-iki dəqiqə gözlə, sonra bütün bunları suda həll edib yoxla.

QURULUQ VƏ MÜBARiZƏ

Əgər qaynar vanna qəbul etməyi sevirsənsə, nəzərə almalısan ki, buga verilmiş dəri quruyaraq, çoxlu nəm itirir. Ona görə də, qaynar vannadan, pilinq və digər prosedurlardan sonra bütün bədən dərisinə nəmləndirici və qidalandırıcı vasitə çəkmək vacibdir. Bu dərinizin quruluğundan və mövsümdən asılı olaraq,  necə ki, yüngül krem, eləcə də dolğun krem-yağ ola bilər. İlin soyuq vaxtlarında daha qatı teksturalı vasitələr seçə bilərsən.

Şəkil: Oriflame