Dəri qulluğunu yaxşılaşdırmağa kömək edəcək 4 vərdiş

Problemlər və dedlaynlarla dolu bir dünyada özünə qulluq göstərmək üçün vaxt ayırmaq çətindir. Biz sənə yavaşımağa və dəriyə qarşı bir az daha çox diqqət və qulluq göstərməyə kömək edəcək dörd məsləhət hazırlamışıq.

Niyə özünə qulluq etmək bu qədər vacibdir?
Müxtəlif insanların gündəlik ritualları fərqli ola bilər, ancaq özünə qulluq konsepsiyası hər kəs üçün dəyişməz və ümumi olaraq qalır: özümüzü daha yaxşı hiss etmək istədiyimiz üçün özümüzə qulluq göstəririk. Özünə qulluq –bu, bir çox gündəlik vəzifələr arasında vaxt tapmaq və onu sağlamlığı dəstəkləmək və daxili harmoniyanı hiss etmək üçün onu müsbət məqamlarla doldurmağa çalışmaq imkanıdır. Son bir il ərzində belə çox dəyişən bir dünyada, dəriyə qulluq qayğı ilə sinonimə çevrildi. Və əgər əvvəllər üz maskasının istifadəsi, daha çox, nadir həzz idisə, indi bu, qulluğun bazar ritualında mütləq bənddir.

 
img-1.jpg

Özünə necə qulluq göstərə bilərsən?
Biz dəriyə qulluq prosesindən səmimi şəkildə zövq alırıq və istəyirik ki, sən də bu hissləri bölüşə biləsən. Özünə qayğını yeni səviyyəyə çıxarmağa kömək edəcək əriyən teksturalardan tutmuş sirlərə qədər – dəriyə onu necə sevdiyini göstər!

1) Artıq şeylərdən qurtul
Qeyri-bərabər dəri teksturası, solğun üz rəngi, parlaqlığın çatışmaması – bütün bu problemləri asanlıqla cəmi bir üsulla həll oluna bilər. Dərini daha hamar etmək, ölü hüceyrələrdən qurtarmaq, tıxanmış məsamələri təmizləmək və yeniləmə prosesi sürətləndirmək üçün həftədə iki dəfə aşındır. Bu sadə prosedurun daha bir bonusu: o, dərini sonrakı qulluğun tətbiqinə hazırlayır və aktiv komponentlərin daha dərindən nüfuz etməsinə və daha effektiv hərəkət etməsinə imkan verir.

Bu məqsədlər üçün istifadə et dərinin yumşaq, lakin effektiv aşınması üçün alfa və beta-hidroksik turşuları ilə (ana və BHA) gücləndirilmiş yeniləyici NovAge pilinqini. Onu üz və boyuna çək, 20 dəqiqə ərzində saxla, sonra vasitəni yu və yenilənmiş, hamar və parlaq dəridən həzz al.

2) Boyun və dekolte nahiyəyə diqqət yetir
Biz çox vaxt boyun və dekolte dərisinə qulluq etməyi unuduruq, axı bu nahiyələrin vəziyyəti yığılmış yorğunluq və ya yaş dəyişiklikləri haqqında siqnal verə bilər. Ev şəraitində vəziyyəti düzəltmək və əhəmiyyətli effektə nail olmaq üçün NovAge krem-heykəltəraşdan istifadə edə bilərsiniz . Və baxmayaraq ki, bu vasitə kompüter arxasında çox işlədiyinə görə əzələlərdəki ağrıdan səni xilas etməyəcək, o, dərini möhkəmləndirir və dartışdırır, beləliklə yaşlanma əlamətlərini azaldır və tonu bərabərləşdirir – klinik cəhətdən sübut edilmişdir.

 

img-2.jpg

3) Öz dərini qiymətli yağlarla sevindir

Özümüzə qulluq göstərməklə, daxildən parlayırıq və gözəllik saçırıq.NovAge üz üçün bərpaedici kapsullar – bu, özünə diqqət və qulluq göstərmək üçün sadə, lakin xoş bir üsuldur.

Bu "gözəllik konsentratın" tərkibində yağ turşuları, lipidlər, antioksidantlar, vitaminlər və minerallarla zəngin olan 6 təbii yağ var – quru dərinin dərin qidalanması, bərpası və qorunması üçün lazım olan hər şey.

4) Yuxunun müqəddəs olduğunu unutma

Yuxu, bədənin özünü sağaltmağın və gücünü bərpa etməyin təbii üsuludur. Bundan əlavə, o, dəridə möcüzələr yaradır. Amma hər gün tam olaraq 8 saatlıq yuxu ala bilmirsənsə nə etmək olar? Gecə maskası köməyə gələcək. Bu, yalnız yuxuya hazırlaşmaq və krem teksturasının çəkilməsi sayəsində rahatlamaq üçün asan üsul deyil, həm də səhərlər təravətli və istirahət etməiş görünməsi üçün dərinin dərin qidalanması və nəmləndirməsi üçündür.

Məhz buna görə biz NovAge gecə maskasını belə çox sevirik. O, dərinin nəmliyk balansını bərpa edir və onun qoruyucu maneəsini möhkəmlədir, beləliklə sənə gecə ərzində təbii yenilənmə prosesindən maksimum faydanı əldə etməyə kömək edir. Və bütün bunlar sən xəyallar dünyasında istirahət etdiyin zaman baş verir!

Və sonda məsləhət

Sən bizim dəriyə qulluq üzrə məsləhətlərimizə və ya öz rituallarına riayət edə bilərsən – əsas odur ki, özünə mümkün qədər tez-tez qulluq göstərrəsən və bunu ürəkdən edəsən!


Mətn: