İsveç sayağı xoşbəxtlik: tam yenidən yüklənmə

İldən-ilə İsveçlər dünyanın ən xoşbəxt millətlərindən biri kimi qeydə alınır. Aşağı stress səviyyəsi, iş və istirahət tarazlığı, sevimli ailə ilə keyfiyyətli vaxt - Elin Landblad, rifah və mənəvi harmoniya mütəxəssisi, özünə necə İsveç sayağı qulluq etməyi izah edir.

Sizcə, əsl özünə qulluq nədir?
Mənim üçün bu özümlə tam əlaqə, psixo-emosional vəziyyətimi incə hiss etmək və tarazlıqda saxlamaq bacarığıdır. Bəli, özünə sevgi bir az sağlam eqoizm tələb edir - amma bəzən bu özünü yaxşı hiss etməyin yeganə yoludur. 

Hələ məktəb vaxtı, 15 yaşımda çətin günlər gələndə özümə qulluq etməyin vacibliyini ilk dəfə başa düşdüm - və o vaxtdan bu həyatımın vacib bir hissəsi olmuşdur. Onda krizislərə çox emosional reaksiya verirdim, amma indi proaktiv hərəkət etməyizərbəni tutmağı öyrəndim. İndi mən özümü necə hiss  etdiyim üçün tam məsuliyyət daşımaqla yanaşı, həm də başqalarına şəxsi harmoniyaya yol tapmağa kömək edirəm.

Necə düzgün istirahət etmək olar? 
Müasir dünyada beynimiz daim neyləsə məşğuldur - davamlı olaraq daxil olan böyük həcmli məlumat axınlarını emal edir və hədsiz yüklənir. Ona xarici stimullardan istirahət etməyə imkan verin - bu, şüurun dərinliyinə baxmağa və bütün suallara cavab tapmağa kömək edəcək. 

Əsl yenidən yüklənmə üçün bir həftə tətil etmək və okean sahilində yoga asanları etmək üçün dünyanın o biri tərəfinə uçmaq vacib deyil, yaxınlıqdakı küçədə olan yoga mərkəzi eyni effekti verəcək. Üstəlik, yoga özü sadəcə bir vasitədir. Narahatlığı dayandırmaq və stresə səbəb olan gündəlik işlərdən çıxartmaq vacibdir. Yaxşı kitabla bir kresloya rahat otur, meşədə gəz. Əlbir fincan qəhvə tutaraq 10 dəqiqəlik susmaq da rahatlanmağa kömək edəcək və yeni ideyalar gətirəcək.

Özünüzü tam olaraq necə var qəbul edirsinizsə, bədəninizə və ruhunuza sevgi ilə yanaşırsınızsa, enerji ilə dolusunuzsa, bu sizə inanılmaz güc verir və həyat yoldaşını, ana və iş qadını rolunu daha da yaxşı icra etməyə kömək edir. Həftədə ən azı bir dəfə yenidən yüklənməni təşkil et və dəyişikliklərdən zövq al.

Tez yenidən yüklənmə üçün 7 ideya
Yorğunluq, bir az pis əhval-ruhiyyə, dolu iş siyahısı - və enerji ilə dolmağa və günün sonuna qədər əla vəziyyətdə olmağa yalnız yarım saat. Nə etməli?

1. Sevimli kitabını oxu. Kresloda rahat əyləş, ayaqlarının üstünü isti nəyləsə ört, ləzzətli bir şeylə isti çay dəmlə.
2. Üstdəki işığı söndür. Şamları yandır və sakitlikdə otur. Fikrini öz nəfəsində cəmləşdir, çalış işlər və qayğılar barədə düşünmə. Yaxşı nəsə yadına sal, xəyallara və yaxud xatirələrə dal.  
3. Krassovkaları geyin və çıx gəzməyə! Yarım saat təmiz havada gümrahlanmağa və şüurunu yenilənməyə kömək edəcək. İcazə veririk kofe ilə pirojna üçün qonşuluqdaki kafeyə gedəsən.
4. Ətrafına bax: özünü məkanında rahat hiss edirsən? Yüngül təmizlik işləri gör, düşün, süfrələri və ya pərdələri dəyişdirməyin vaxtı deyilmi. Mebel mağazaları saytlarını səhifələ.
5. Ən sevdiyin yeməyi hazırla, sağlam olsa daha yaxşı olar. Tələsmədən onun dadından zövq al, telefonu kənara qoy, televizoru söndür.
6. Üz və ya saçların üçün maska hazırla. Maniküru yenilə.
7. Xəyallara dal. Hara getmək istəyirsən? Hansı yerləri görmək istəyirsən? Bəlkə çoxtandır xobbin üçün ideya yaranıb? Siyahı qur və görünən yerdə as: xəyallar gerçəkləşməlidir!

 

 

Mətn: Şəkil: Oriflame