İlk dəfə birinci sinifə
Hər kəs nə vaxtsa ilk dəfə zala gedib. O, trenajorlarla necə məşğul olmağı bilmir, səhvlər edir və düşünür ki, hamı ona iradla baxır. Lakin bu belə deyil. Hər kəs öz bədəni üzərində işləməyə gəlmişdir və diqqətini yalnız özünə ayırır. Hətta əgər sən nəyisə səhv edəcəksənsə, sənə gülmək əvəzinə yardım edəcəklər. Qorxma!
Yay fəslinə bürünmüş
Xanımların əksəriyyəti idman zalında losin və mayka geyinirlər, bu cür rahat geyim hərəkətləri məhdudlaşdırmır və məşqlərin icrası texnikasını güzgüdən rahat izləmək olur. Həddən artıq cəlbedici və ya həddən artıq sərbəst geyimlər yaramır, çünki bu geyimlərdə məşq haqqında deyil, necə göründüyün haqqında düşünəcəksən. Qantellərin əlindən sürüşməməsi üçün əlcək və üzdən təri götürmək üçün bilək bandı götürməyi unutma.
Dirilik suyu
Əgər getdiyin idman zalında dispenser olduğundan əmin deyilsənsə, özünlə su götür. Məşq zamanı mütləq su içmək lazımdır- biz daha dərindən nəfəs alır və daha çox tərləyirik. Buna görə də mütəmadi olaraq, su balansını təmin etmək lazımdır.
Duş və ruhumuz üçün
Yaxşı məşqdən sonra tərləməmək mümkün deyil, deməli duş qəbul etmək mütləqdir. Özünlə ətirli duş üçün gel götür, effektini əhvalına görə seç.
Qadın ətri
İdman zalı ictimai məkandır, buna görə də məşqdən öncə parfüm istifadə etmək, həmçinin geyinmə otağında heç bir ətir vurmaq lazım deyil. Sənin sprey-dezodorantının, saç lakının və ya parfümünün ətrindən hər kəsin xoşu gəlməyə bilər. Özünlə diyircəkli dezodorant götür, onlar yaxşı müdafiə edir və ətrafdakılara mane olmur.
Şirniyyata icazə verilir!
İntensiv məşqlərdən sonra özünü dadlı bir şeylə mükafatlandırmaq istəyirsən. Özünlə "Natural Balance" batonlarını götür, bu ayaqüstü qidalanmaq üçün yaxşıdır. Özünlə, həmçinin balaca süd paketi (150-200 ml) və şeykerdə bir miqdar "Natural Balance" kokteyli götür. Məşqdən sonra bunları qarışdır və dərhal iç ki, bir neçə saat doyumluluq gətirsin.
Qaçışı və təmiz havada idmanı necə sevmək haqqında materialın ikinci hissəsini Oriflame-in Gözəllik kitabının yeni buraxılışında oxuya bilərsiz.