Dəriyə qulluq bələdçisi:NovAge inqrediyentləri

Dərinizin tələblərinə və yaşınıza uyğun qulluq vasitəsinin düzgün seçimi

Yaş: 25+
Problem:sönüklük, genişlənmiş məsamələr və mimik üz qırışları
Təsir: nəmləndirmə
Seriya: NovAge True Perfection
Məhsullar: təmizləyici gel, tonik, göz ətrafı dəri üçün krem, zərdab, səhər və gecə kremi

Stress, yuxu çatışmazlığı, balanslaşdırılmamış qidalanma və ətraf mühitin çirklənməsi dəriyə mənfi təsir göstərir. Susuzlaşdırma və sönüklük, genişlənmiş məsamələr və ilkin mimik üz qırışları - bunların hamısı artıq 25 yaşdan sonra dəridə özünü biruzə verir. Dərini müdafiə etmək və müasir həyat tərzinin problemləri ilə mübarizə aparmaq üçün NovAge True Perfection seriyası ipək akasiyası və asayi giləmeyvəsi kimi bitkilərin gövdə hüceyrələrindən hazırlanmış cövhərinin gücünü istifadə edir.

Birinci inqrediyent hüceyrələri təmizləməyə və bərpa etməyə kömək edir, hüceyrədaxili mübadiləni yaxşılaşdırır, ilkin yaşlanma əlamətlərinin qarşısını alır. İkincisi tərkibindəki antioksidantların vasitəsilə sərbəst radikalların təsirini blok edir. Birgə bu inqrediyentlər dərini cavan və gözəl saxlayır.


Yaş: 35+
Problem: mimik və dərin üz qırışları
Təsir:
Seriya: NovAge Ecollagen
Məhsullar: təmizləyici gel, tonik, göz ətrafı dəri üçün krem, zərdab, səhər və gecə kremi.

Bu seriyada üç innovativ aktiv inqrediyent sənin xeyirinə işləyir - badımcankimilər fəsiləsi bitkilərinin gövdə hüceyrələrindən cövhər, buddleya bitkisinin gövdə hüceyrələrindən cövhər və patentləşdirilmiş tripeptid texnoloqiyası.

Birincisi kollaqen hasilini stimullaşdırır və nəticədə dəri daha hamar və cavan görünür. İkinci inqrediyent enzimləri neytrallaşdırmaqla hüceyrədaxili hasilatı normallaşdırır. Üçüncüsü yaşlanma əleyhinə güclü təsir göstərir. Nizamlanmış təsiri sayəsində yenilənmiş NovAge Ecollagen seriyası kollagen hasilini stimullaşdırır və içəridən təkan verərək üz qırışlarını azaldır. Effekti göz qabağındadır və klinik tədqiqatlarda sübut olunub: üz qırışlarının 12 həftəyə 33% azalması, daha hamar, yumşaq və parlaq dəri. Fərqini özün görəcəksən və hiss edəcəksən!


Yaş: 40+
Problem: elastikliyin itirilməsi
Təsir: liftinq
Seriya: NovAge Ultimate Lift
Məhsullar: təmizləyici gel, tonik, göz ətrafı dəri üçün krem, zərdab, səhər və gecə kremi.

Ola bilsin, sən artıq dərin üz qırışlarına fikir vermisən və üz konturlarının sallanmasına görə narahatsan - NovAge Ultimate Lift yaş əleyhinə vasitələr seriyası sənə gənc qalmağa kömək edəcək. O, yaşlanmanın əsas əlamətlərinə təsir edir, dərinin elastikliyini və üzün dəqiq konturlarını bərpa edir və cavan, parlaq görünüşü geri qaytarır.

NovAge Ultimate Lift hansı təsirə malikdir? Dərinin elastikliyi birləşdirici toxumanın hüceyrələrindən (fibroplastdan) asılıdır. Yaşdaşdıqca fibroplastlar elastikliyini itirir və kifayət qədər elastin sintez edə bilmir. Nəticə olaraq dəri elastikliyini itirir və üz konturları sallanır. NovAge Ultimate Lift seriyası AspartoLift unikal patentləşdirilmiş texnologiyası əsasında hazırlanıb. Bu texnologiyanın əsasında asparagin turşusunun törəməsi durur, hansı ki dərinin elastikliyini və üz konturlarını bərpa edir və dərinizi cavanlaşdırır. Bura buddleya bitkisinin gövdə hüceyrələrindən hazırlanmış cövhəri əlavə edərək dəri hüceyrələrində yaşlanma ilə əlaqədar kollagen sayının azalmasının qarşısını almış oluruq. Perfect match!


Yaş: 50+
Problem: yaşlanma ilə əlaqədar dəyişikliklər
Təsir: regenerasiya
Seriya: NovAge Time Restore
Məhsullar: təmizləyici gel, tonik, göz ətrafı dəri üçün krem, zərdab, səhər və gecə kremi. 

Həqiqi gözəllik hər bir şeydə qüsursuzluq və ya sonsuz gənclik anlamına gəlmir. O, hər bir yaşda özünə və dərinə inam hissi deməkdir. Dəri elastikliyinin və üz konturlarının dəqiqliyinin itməsi ilə, üz qırışları ilə, dərinin quruluğu və piqment ləkələr ilə mübarizə apararaq NovAge Time Restore seriyası yetkin dəri barəsində anlayışı dəyişir və sənə özünü hiss etdiyin dərəcədə gənc qalmağa kömək edir.

GenisteinSOY yaşlanma əleyhinə texnologiyası və Plantago Lanceolata bitkisinin gövdə hüceyrələrindən hazırlanmış cövhərin sayəsində Time Restore seriyası dərini intensiv qidalandırır və nəmləndirir və beləliklə dəri daha elastik olur. Üz konturları daha dəqiq, dərin üz qırışları və piqment ləkələr daha az görünür. Birinci inqrediyent kollagen hasilini və hüceyrədaxili nəmləndirmə proseslərini aktivləşdirməklə dərini daha hamar və elastik edir. İkinci inqrediyent hüceyrədaxili matriksi dəstəkləyir və piqmentasiyanın qarşısını alır. Yetkin dəriyə məhz bu lazımdır!

 

Mətn: Şəkil: Oriflame