Böyük premyera: Novage+ yeni qulluq haqqında hər şey

Dəriyə qulluq effektiv, amma mümkün qədər ehtiyyatla təsir göstərə bilərmi? Sənə belə yeniliyi təqdim etməkdən məmnunuq -Novage+! Biz sadəcə olaraq bankaların dizaynını dəyişmədik. Novage+ tamamilə yeni yaşlanma əleyhinə dəriyə qulluq sistemidir: texnoloji, müasir, bioaktiv komponentlərlə gücləndirilmiş və ətraf mühitə qayğı ilə yaradılmışdır.

2015-ci ildə NovAge ilk seriyalarının təqdimatından bəri dəriyə qulluq sənayəsi irəliyə doğru böyük addım atdı. Bu müddət ərzində sənə ən son tendensiyalara cavab verən və hətta nədəsə onları qabaqlayan vasitələr təklif etmək üçün güclü ekspert potensialını inkişaf etdirdik. Dəriyə qulluqda hansı trendlər bizi Novage+ yaratmağa ilhamlandırdı?

Bioaktiv texnologiyaların tətbiqi

 

Bioaktiv "təbii komponentlərin əsasında yaradılan" deməkdir. Bu cür texnologiyalar dərinin təbii funksiyalarını daha aktiv işləməyə stimullaşdırır və bir qayda olaraq kosmetik məhsulların əsasını təşkil edir – onlar apteklərdə və kosmetoloji kabinetlərdə tapıla bilər. Biz bu tendensiyadan kənarda qala bilmədik və Novage+ 11 bioaktiv texnologiyanı daxil etdik!

 

Təcavüzkar mühitdən qorunma

 

Bu trend bizə Asiyadan gəldi, burada güclü qoruyucu xüsusiyyətlərə malik kosmetikaya tələbat hər il artır. Zərərli qazlar, sənaye tullantıları, şəhər tozu – yalnız meqapolis sakinlərinin dərinin vaxtından əvvəl qocalması ilə birbaşa əlaqəli reallığı deyil. Yeni Novage+ multiaktiv gündüz kremi dərini xarici amillərin zərərli təsirlərindən qoruyacaq.

 

Zərif qulluğa təlabat

 

Radikal və invaziv tədbirlərdən tendesiya tədricən yumşaq, lakin effektivliyi azalmayan qayğıya doğru meyl edir. Bu, niasinamid kimi aktiv maddələr sayəsində mümkün olur. Onun faydalı xüsusiyyətləri Novage+ texnologiyalarından birinin əsasını təşkil edib.

 

Novage+ niyə bu qədər effektivdir?

Bizim çox qürur duyduğumuz yeni xəttin xüsusiyyətlərindən biri də 11 bioaktiv texnologiyanın istifadəsidir, bunlardan 4-ü Oriflame tərəfindən patentləşdirilib. Gəl hansı texnologiyanın nəyə cavabdeh olduğunu addım-addım təhlil edək.

Addim 1: Təmi̇zlənmə

Biz Novage+ yuyucu gel formulasına Bio Lipid sistem texnologiyasını əlavə etdik, o, dərinin təbii qoruyucu baryerini qoruyaraq çirkləri və makiyajı yumşaq şəkildə təmizləyir.

Addım 2: Gözətrafi dəri̇yə qulluq

Bütün NovAge+ gözətrafı dəri kremləri  Eye Vital texnologiyası ilə gücləndirilib, bu da tünd dairələri və şişkinliyi azaltmağa kömək edir. Bununla yanaşı, onlardan hər biri dərinin xüsusi problemlərini həll etmək üçün işləyən öz bioaktiv texnologiyasını ehtiva edir: Bio CollagenPro texnologiyası qırışların azaldılması, patentləşdirilmiş Bio Aspartolift texnologiyası – liftinq effekti, patentləşdirilmiş  Bio Lumilock texnologiyası – piqment ləkələri ilə mübarizə.

ADDIM 3: Zərdab-aktivator

Kollagen istehsalına və deməli bütün Novage+ zərdablarda qırışları hamarlaşdıran patentləşdirilmiş Oripeptide-3 texnologiyası cavabdehdir. Bundan əlavə, göz qapaqları üçün krem kimi, dörd zərdabın hər biri öz texnologiyasını ehtiva edir.

Addım 4: Əsas qulluq

Gündüz saatlarında dərini qorumaq və nəmləndirmək üçün  patentləşdirilmiş  Bio Re:Barrier və Advanced Pollution System texnologiyası cavabdehdir. Advanced NightSync Bio CeramidesPro texnologiyaları isə dəriyə gecə ərzində bərpa olmağa kömək edir və yaşlanma prosesini ləngidir.

Əgər sən artıq NovAge qulluğundan istifadə etmisənsə, onda yeni seriyadan gündüz və gecə kremi seçərkən mütləq fərqi görəcəksən. Novage+ yalnız iki gündüz qoruyucu kremi və iki gecə bərpaedici kremi təqdim edir. Sən yalnız uyğun teksturanı seçməlisən – çəkisiz və tez hopan və ya daha sıx və zəngin olanı.

Hansı NovAge+ dəsti sənin dərinə uyğun olacaq?

Dəriyə qulluq sahəsindəki müasir araşdırmalar, dərinin vəziyyətinin heç də həmişə yaşla əlaqəli olmadığını sübut edirlər. Buna görə də, indi dəri ehtiyaclarına diqqət yetiririk və qadınları narahat edən əsas problemlər üçün sənə kompleks həllər təqdim etməkdən məmnunuq.

Qırışları azaltmaq istəyirsənsə, Wrinkle Smooth seriyasını sına. O, həmçinin dərinin qoruyucu baryerini möhkəmləndirir, onun nəmliyini artırır və parlaqlığını gücləndirir.

Əgər sənin dərin möhkəmliyini və elastikliyini itiribsə, nəzərəçarpan liftinq-effekti ilə Lift + Firm seriyası sənin üçün uyğun olacaq. O, həmçinin xırda və dərin qırışları azaldır və dərinin rəngini yaxşılaşdırır.

Əgər səni iltihab və qara nöqtələr narahat edirsə,sənə Blemish + Age Defy seriyası kömək edəcək. O, yalnız dəri qüsurları ilə mübarizə aparmağa, məsamələri daraltmağa və iltihab izlərini azaltmaqda kömək etmir, həm də cavanlaşdırıcı təsir göstərir.

Əgər sənin dərin hiperpiqmentasiyaya meyllidirsə, Bright Intense seriyasını sına. O, tonu bərabərləşdirir və dəriyə sağlam parıltını qaytarır, həmçinin onu nəmləndirir və qırışları azaldır.

Kompleks qulluğun bütün vasitələrin istifadəsi şərtilə, sən artıq 2 həftədən sonra ilk nəticələri qiymətləndirə bilərsən! Hər seriya ilə daha yaxından tanış olmaq üçün NovAge+səhifəsinə keç.