Sevimli çorək, pendir və bir az fantaziya ilə partinin mükəmməl qəlyanaltısı hazır olacaq. Bizim reseptimizlə ənənəvi isveç buterbrodları hazırlayıb dadına baxın:
— Çovdar çörəyin üzərində xama, somon balığı və göyərti;
— Ağ çörəyin üzərində rikotto və təzə əncir;
— Ağ çörəyin üzərində kərə yağı ilə pendir və sevimli meyvələr, gilə meyvələr;
— Çovdar çörəyin üzərində avokadodan muz və yumurta ilə göyərti.
ƏSAS YEMƏK: QAYMAQLI SOUSDA TEFTELİ
Mal ətindən sevimli reseptə əsasən tefteli hazırlayın və qaynadılmış balaca kartoflarla birlikdə süfrəyə verin. Qaymaqlı sousla tamamla — bu bayram sufrəsi üçün ən gözəl yeməkdir.
Sous üçün sizə lazım olacaq:
— 650 ml süd;
— 40 qr buğda unu;
— 60 qr kərə yağı;
— 1 dəfnə yarpağı;
— Azacıq cövüz qozu;
— Duz / istiot;
— 60 qr zülal kompleksi (istəyə görə).
Bişirmə qaydası:
1. Kərə yağında kiçik odun üstündə unu qızardıb üstünə daima qarışdıraraq süd tök. Orta səviyyəyə qədər odu çoxaldın ki lombalar olmasın.
2. Cövüz qozu və dəfnə yarpağını əlavə et. Qaynamağa çatdıqdan sonra üzərinə istəyə görə duz və istiot əlavə edə bilərsən.
3. Odun üstündən götür, zülal kompleksi (istəyə görə) əlavə edib qarışdır və süzgəcdən keçir.
DESERT: VANİL SOUSU İLƏ ARMUD
Ədviyyatlarla olan şirin sousda armudları bişirib üzərinə qoz səp. Bu desert 10 dəqiqəyə hazırlanır və çox dadlıdır, lakin biz sizə onu daha da mükəmməl və dadlı etməyi təklif edirik - armudların üzərinə vanil sousu tökün.
Sous üçün lazım olacaq:
— 4 yumurta sarısı;
— 110 qr şəkər;
— 500 ml süd;
— 1 vanil;
— 40 qr vanil dadı ilə "Natural Balance" kokteyl üçün quru qarışıq (istəyə görə).
Bişirmə qaydası:
1. Balaca qazanda az odun üzərində südlə vanil qabığını qızdır. Qaynamaq dərəcəsinə gətirməyin.
2. Süd qızana qədər yumurtanın sarısı ilə şəkəri qarışdır. Yavaşca yumurtaların sarısını südə töküb asta odun üstündə bişir. 5-6 dəqiqə qarışdır.
3. Odun üzərindən götürüb vanil dadı ilə "Natural Balance" kokteyl üçün quru qarışıq əlavə et (istəyə görə), yaxşı qarışdır və soyumasını gözlə.