Gözəl dəyişikliklər

Dəriyə qulluq məhsulları seçiminin Yer üzünün gələcəyinə necə təsir edə biləcəyi haqda danışırıq.

TƏBİƏTİN XEYİRİNƏ SEÇİM

Dərini gözəl və sağlam saxlamaq üçün ətraf mühitə zərər yetirmək mütləq deyil. Heç bilirsənmi, okeanda 200 ton plastik kütlə var və bu plastik kütlə on illiklərlə parçalanıb həll olunur?

Yenilənmiş Love Nature seriyası bizim üçün planetin su ehtiyatlarına hörmətimizi qeyd etməyin bir yoludur. Ətraf mühitə təsiri azaltmaq üçün biz suya tökülən bütün məhsulları bioparçalanan etmək qərarına gəldik. Bu o deməkdir ki, onlar təbii yolla parçalanıb suda həll olunurlar və su ehtiyatlarına zərər vermirlər. Dəri qabığının soyulması üçün skrabların tərkibindəki plastik kütlənin əvəzinə silisium oksidi, çiyələk toxumları və badam qabığını istifadə edirik. Bu qabıq soyan hissəciklər bitki mənşəlidir və həmçinin ətraf mühitə zərər vurmadan təbii yolla parçalanıb həll olunurlar.

SKRABI NECƏ SEÇMƏK?

DƏRİNİN PARLAQLIĞI ÜÇÜN

Üz üçün yeniləşdirici NovAge skrabı tez bir zamanda dərinizə parlaqlığı, hamarlığı qaytarmaq və vizual olaraq məsamələri daraltmaq üçün əla vasitədir. Tərkibində süd turşusu və şi yağı əsasında hazırlanmış dəri qabığını soyan təbii hissəciklər var. Bonus kimi yüngül aromat və universallıq: skrab yaşından asılı olmayaraq eyni zamanda həm quru, həm normal, həm də yağlı dəriyə qulluq üçün əla vasitədir.

KİŞİ DƏRİSİ ÜÇÜN

Artıq dəriyə kompleks qulluq kişilər üçün xas olmayan sayılmır və normal qarşılanır. Əksinə, bu bir trenddir. Sağlam və özünə baxan olmaq, gənc və təbii görünmək istisna deyil, ümumi qaydaya çevrilib. NovAge Men 2-1 (ikisi birində) yuyulma üçün vasitə və skrab xüsusi olaraq testosterona görə qadın dərisindən daha çox sebum hasil edən kişi dərisi üçün hazırlanıb. Skrab çirklənməni və sebumun artıqlarını silir, buynuzlaşmış hüceyrələri soyur, məsamələri təmizləyir. Dəri dərhal “oyanır” və daha sağlam görünür. Və əlbəttə ki, heç bir quruluq hissi qalmır!


ƏLLƏR VƏ AYAQLAR ÜÇÜN

Quru kutikul pərdəsi ilə mübarizə boş vaxtını ona sərf edəcəyin bir iş deyil. Kutikul pərdəsinin silinməsi üçün The ONE skrabından yararlan. Qonur yosun ekstraktlı, jojoba yağlı və təbii qabıq soyan mikroqranullu qidalandırıcı formul həlimcəsinə dərinin buynuzlaşmış hüceyrələrini siləcək, qurumuş kutikul pərdəsinə hamarlıq verəcək və onu bərpa edəcək. Belə getsə, ideal manikürə az qalacaq.

Taksidən çox piyada gəzirsənsə, növbəti məhsul sənə lazım ola bilər. Sirri açırıq: Feet Up Advanced ayaqlar üçün qabıq soyan kremi. Tərkibi aktiv inqrediyentlərlə zəngindir: Mineral Blend qulluq kompleksi, şi yağı və təbii süngər daşının hissəcikləri. Bu inqrediyentlər artıq birinci istifadədən sonra gözə çarpan nəticələri təmin edir. Bu o deməkdir ki, dərinin yumşaq olmasını əbədi gözləməyə lüzum yoxdur. İstifadə qaydası çox asandı: masaj hərəkətləri ilə kremi ayaqların təmiz, quru dərisinə çəkin, dərinin buynuzlaşmış hissələrinə daha böyük səylə çəkin və sonda ilıq su ilə yuyun.

KOMPLEKS YANAŞMA

Xüsusi nəsə istəyirsən? Evində spa-salon düzəlt! Sənə “İsveç SPA-salonu” bədən üçün zəncəfil skrabı, sevdiyin krem və ya bədən üçün moloçko lazım olacaq. Tərkibindəki təbii badam qabığından duz və kirşan sayəsində bu skrab qabalaşmış dəri qabığını həlimcəsinə soyur. Zəncəfil yağı tonus verir, E vitamini isə dərini quruluqdan müdafiə edir.

Mətn: Şəkil: Oriflame and Getty