Həyatın qaydaya salınması və faydalı vərdişləri sevmə üsulları

Sabitliyi əldə etmək və stress hallarından uzaq olmaq üçün reallıqdan qaçıb, uzaq ölkələrə getmək lazım deyil. Problemləri kompleks şəklində həll et. Bunu etməyin qaydası budur:

Müntəzəmlik nəyə lazımdır?

Misal kimi dəriyə qulluq prosedurunu götürək. Dəriyə qulluq posedurunu, yəni təmizləməni, müxtəlif növ qoruyucu kremlərdən istifadəni hər səhər və hər axşam həyata keçirsən, dərin sənə minnətdar olar. Tezliklə bu prosedurlar vərdiş halını alar. Bu prosedurlar onsuz da çox vaxt aparmır, nəticədə isə sənin dərin sağlam və incə olar. Lakin dərinə vaxtında qayğı göstərməsən, akne, dəri iltihabı, dəri qırışları kimi problemlərlə rastlaşa bilərsən. Bu problemlərin həlli isə daha çox vaxt itkisinə səbəb ola bilər.

Müntəzəm əməllər həyatı sadələşdirir, eləcə də vaxta qənaət etməyə və qarşıya qoyulmuş hədəflərə çatmağa kömək edir. Bu siyahıya zərərli vərdişlərdən qurtulma, özünəgüvən hissinin gücləndirilməsi və stresslərə qarsı davamlı reaksiyanın göstərilməsini də əlavə edə bilərik.

Əməllərdə müntəzəmliyə necə nail olmalı?

Heç nə birdən baş vermir. Vəziyyəti dəyişmək üçün atdığın addımlar kiçik olsun. Bəli, bu, asan olmayacaq və çox səbirli olmağını tələb edəcək, lakin nəticə çox yaxşı olacaq. Əbəs yerə deməyiblər ki, istənilən əməlin vərdişə çevrilməsi üçün 2 deyil, 21 gün lazımdır. Başlamazdan əvvəl hədəfini müəyyənləşdir. Arıqlamaq istəyirsən? Hər gün 8 saat yatmaq istəyirsən? İdmanla məşğul olmaq istəyirsən? Nə istədiyini və bunu üçün nə edəcəyini anlamalısan. İrəliyə doğru kiçik addımlarla hərəkət et.

1. Məqsəd: Sağlam şəkildə qidalanmaq və ya arıqlamaq

İnsan orqanizminin tarazlığını istənilən amil poza bilər: həyatın nəbzindən tutmuş mövsümün dəyişməsinədək. Düzgün qidalanma yolunu seçmisənsə, hər zaman hər şeyi nəzarət altında saxlamağın mümkünsüzlüyü bilirsən. Həyat gözlənilməz hadisələrlə doludur. Məhz buna görə də həyat gözəldir. Bu gün ürəyin salatdan başqa heç nə istəməsə, sabah sən dönər istəyəcəksən. Köhnə dostlarınla görüşün o qədər uzanar ki, hətta nahar etməyi belə unudarsan. Bütün bunlar gözlənilməzlik amilinə aid misallardır. Qidanda meyvə və tərəvəzdən çox, şirniyyatdan isə az istifadə etməyə çalış. Bu, səni sağlam qidalanmaya aparan yolun başlanğıcı olacaq.

Redaktor tövsiyəsi. Sağlamlığın əsası sayılan faydalı vərdişləri, o cümlədən düzgün qidalanma vərdişini Wellness-ABC kompleks yanaşması ilə formalaşdırmaq olar. Iş çox olduğu üçün nahar fasiləsinə çıxmadınız? Eybi yox! Wellness-ABC kompleks yanaşması sizi hər zaman sağlam qida ilə təmin edir. Sağlam qidanı əldə etmək üçün daha qurban vermək lazım deyil.

2. Məqsəd: İdmanla məşğul olmağa başlamaq

Sağlam və aktiv həyat üçün gündəlik 20-30 dəqiqə idman etmək kifayətdir. Bunu edən varmı? İdmanla müntəzəm şəkildə məşğul deyilsənsə, gündəlik 30 dəqiqə də sənə mürəkkəb gələ bilər. Narahat olma! Biz səni hər gün idman zalına getməyə sövq etmirik. Qısa gəzintidən başla. Gedəcəyin yerə bir-iki dayanacaq qalmış avtobusdan düş. Liftdən istifadə etmə! Tədricən gündəlik piyada yerişin 10 000 addıma çatacaq.

3. Məqsəd: Gündə 8 saatdan az yatmamaq və daha aktiv olmaq

Sənə istirahət də, bərpa da lazımdır. Normal yuxu öz təsirini birbaşa xarici görünüş və qərarların qəbul olunmasına edir. Mürəkkəb günün sonunda istirahət edə bilmirsən? Bütün elektron cihazları söndür, vanna qəbul et və sevdiyin kitabı oxu. Sabah sən daha az müddət ərzində daha çox işlər görəcəksən. Uğurlar!

Mətn: Şəkil: Oriflame