Hansı günəş kremi daha yaxşıdır?

Tərkibində mütləq şəkildə sanskrin inqrediyentləri olan köməkçi vəsaitmizi istifadə et və etibar edə biləcəyin məhsulu asanlıqla seç.

SPF (Sun Protective Factor) - günəşdən qoruma amili. SPF nə qədər yüksəkdirsə, məhsul daha uzun müddət və etibarlı şəkildə qoruyur. Orta hesabla insan qorunmadan təxminən 10 dəqiqə  günəşin altında qala bilər. SPF 10 ilə məhsulu  tətbiq etsən, təhlükəsiz müddət 100 dəqiqəyə qədər artacaq, əgər SPF 30 - 300 dəqiqəyə qədər və s. Təcrübədə, hər iki saatdan bir, xüsusən də çimərlikdə sanskrini yeniləməyi məsləhət görürük: onun xüsusiyyətləri dəri ilə reaksiya, mexaniki təsir və su ilə təmasdan zəifləyir.

UVA şüaları atmosfer tərəfindən udulmayan, buludların içindən keçən və Yer səthinə çatan ultrabənövşəyi spektr şüalarıdır. Onlar təhlükəlidir, çünki təsirlərini dəridə hiss etmirik. Çox dərinə nüfuz edə bilərlər və dermisin hüceyrələrinə çatırlar, beləliklə hiperpiqmentasiya, vaxtından əvvəl foto qocalma, dəri xərçəngi, günəşə həssaslıq yaradırlar.

UVB şüaları - 90% atmosfer tərəfindən özünə çəkilir, qalan 10% isə Yer səthinə çatır və epidermisdən keçə bilər. Onların təsirini dəridə hiss edirik - o, qızarır, istiləşir, yanır. Məhz bu şüalar gözəl qızılı qaralma üçün cavabdehdir və eyni zamanda onlar günəşə həssaslıq və dəri xərçəngini yaradırlar.

Günəş kremi seçərkən, onun həm UVA, həm də UVB şüalarını bloklamasına əmin ol. Etiketdə hər iki abreviaturanı və ya "geniş spektr təsirli UV filtrləri" yazısını axtar. Məsələn, yüksək SPF (30-50+) faktoru ilə Multi-Rays texnologiyalı və geniş spektrli UB filtrləri ilə yenilənmiş Oriflame Sun 360 seriyası dərini UVA/UVB şüalarından qoruyur, yəni günəşdən yanma, fotoqocalma və dəri xərçənginin qarşısını alır.

Günəş filtrləri iki cür olur.

Kimyəvi filtrlər - şüalanmanı özünə çəkir, dəriyə hopur.Tərkibində belə filtrlər olan məhsullar yüngül teksturaya malikdir, üz dərisi üçün idealdır, çünki onlar dərini yağlı etmir və makiyaj üçün yaxşı bir təməl yaradır. Kimyəvi sanskrinin tərkibində hansı maddələri axtarmaq lazımdır: Avobenzone (avobenzon), Mexoryl SX/XL (meksoril), Tinosorb S/M (tinosorb), Octocrylene (Oktokrilen), Oxybenzone (oksibenzon), Sulisobenzone (sulisobenzon) və s. Kimyəvi filtrlərin tam siyahılarını İnternetdə tapmaq olar.

Fiziki filtrlərşüalanmanı yayır, dərinin səthində işləyirlər. Fiziki filtrlər adətən bədənə qulluq məhsullarında istifadə olunur. Fiziki filtrləri olan teksturalar daha yapışqan və qatı olur, ağ rəngə malikdirlər.

Fiziki sanskrinin tərkibində hansı maddələri axtarmaq lazımdır: Zink Oxide (sink oksidi) və ya Titanium Dioxide (titan dioksidi). Məhsulunun tərkibində bu maddələr yoxdursa, onda bu kimyəvi sanskrindir.

Oriflame Sun 360 günəşdən qoruma məhsulları əlavə qorumanı təmin etmək üçün tərkibində həm kimyəvi, həm də fiziki filtrlər ehtiva edir. Bu qarışıq tipli məhsullardır.

Filtrlərlə yanaşı, tərkibində dəriyə qulluq edən, bərabər qaralmanı və onu mümkün qədər uzun müddət saxlamağa kömək edən bitki ekstraktları və  nəmləndirici komponentləri axtar. Sun 360 məhsullarında üç belə komponent var.

Vitamin E günəşin və ətraf mühitin mənfi təsiri nəticəsində yaranan oksidləşdirici stresə qarşı çıxan güclü antioksidantdır.

Rubus tərkində yüksək miqdarda A, C və E vitaminləri olduğu üçün isveçlilər tərəfindən "meşə qızılı" adlandırılan nadir giləmeyvədir. Onun ekstraktı nəmi dəridə saxlayır və UB şüalanmadan qoruyur.

 Şimal pambığı - şəkər və minerallarla zəngindir, dərinin qoruyucu maneəsini gücləndirir, həmçinin günəşdə olarkən onu sakitləşdirir.

Günəşdən mənfi nəticəsiz zövq almaq üçün hər gün Sun 360 günəşdən qoruma vasitələrdən istifadə et - nəinki çimərlikdə, şəhərdə də, buludlu havada belə. Günəşdən qorunma haqqında daha çox məlumatı burada öyrən.

Mətn: