Öz qoxularına necə qalib gəlmək

Qorxu – hər bir insana məxsus olan təbii emosiyadır. Əgər qorxu sənə öz məqsədlərinə çatmağa imkan vermirsə və ya stress yaşadırsa, demək onunla mübarizə aparmaq lazımdır! Biz bunun üçün nə etmək lazım olduğunu anladacayıq.

1. ANLA
Məhz nədən qorxduğunu anlamağa çalış. Sənin qorxuların realdırmı? Konkret olaraq nə sənə diskomfort gətirir? Həqiqi qorxunu anladıdan sonra onunla mübarizə aparmaq daha asan olacaq.  

2. NƏFƏS AL
Əgər sən hər hansısa qorxulu bir şeylə qarşılaşmısansa, sənə sadə nəfəs alma prosesi kömək edəcək. Nəfəsini saxla və ona qədər say, daha sonra yavaş-yavaş nəfəsini burax. Daha sonra üç saniyə ərzində nəfəsini burundan al və ağızdan burax. Prosesdə bədəninin və beyninin sakitləşdiyini təsəvvür et.  

3. DANIŞ
Qorxularınızı digər insanlarla bölüşmək özü-özlüyündə çətin gəlir, yalnız bu problemin aradan qaldırılması üçün həqiqətən kömək edə bilər. Yaxın və ya doğma insana inanmaq – bəzən bizi narahat edən məsələlər haqqında söhbət həyatımızı daha da rahatlaşdırmağa kömək edir.  

4. YAZ
Əgər qorxuların haqqında danışırsansa – bu haqda yaz. Gündəliyə bəzi məlumatların yazılması öz qorxularının mənbəyini və onun gizli səbəblərini anlamağa yardımçı olacaq.

5. POZİTİV AXTAR 
Öz qorxularında pozitivlik və ya fayda axtaramaq – çətindir, lakin çox effektlidir. Səhnədə çıxış etməkdən qorxursan? Düşün ki, hər insana öz fikirləri ilə digərləri ilə bölüşmək qismət olmur. Uçmaqdan qorxursa? İlk öncə səyahət edə bildiyinə görə kainata təşəkkür et. Təşəkkür hissi – çox güclü hissdir, o qorxu hissinin azalmasına və nervozun sakitləşməsinə kömək edir.  

6. İNKİŞAF ET
Tanımadığınız bir məfhula qarşılaşma sizi qorxuda bilər. Qorxuları anlayaraq onlardan azad ol: kitablar oxu, dokumental filmləri izlə və podkastları dinlə. Elm – gücdür! 

7. VƏRDİŞLƏRİNİ DƏYİŞ
Kofe və spirtli içkilərdən imtina, daimi idmanla məşğul olma, sağlam qidalanma, balanslaşdırırlmış pəhriz – faydalı vərdişlər səni özünə əmin edərək öz qorxularınla mübarizə aparmağa kömək edəcək. 

8. KÖMƏK İSTƏ
Əgər sən öz qorxularında tək başına mübarizə apara bilmirsənsə, demək mütəxəssislərə müraciət etmək vaxtıdır. Peşəkar psikoloq və ya terapevt mütləq çətinliklərin qarşısını almağa kömək edəcək. 





Mətn: Şəkil: Getty Images