NƏTİCƏ ÇIXAR
Nəticə çıxarmaq — heç də özünü utandırmaq anlamına gəlmir. 2018-ci ildə etdiyin səhvlər - 2019-cu ildə düzgün qərarlar üçün bazadır. Əgər onların üstündə işləməsək xoşagəlməz hallar tez-tez təkrarlanacaq – onlardan nəticə çıxarmayana qədər.
HƏYATINI TƏDRİCƏN DƏYİŞ
Ancaq sağlam qidalanmaq, hər səhər qaçmaq, çin dili öyrənmək – və digər milyon inandırıcı vədlər. Ambisiyalı planlarda pis heç nə yoxdur, amma onları pillələrə bölüb və komfort temp ilə icra etmək daha yaxşıdı. Bəs yanvarın biri dünyanı dəyişmək ehtiyacı yaranarsa, bizə qalan özümüzü yorğanla örtüb seriallara baxmaq qalacaq. Özünə inan və davamlı şəkildə hərəkət et.
PLANLI ŞƏKİLDƏ İRƏLİLƏ
Planlaşdırılmış həftənin çox darıxdırıcıdı olduğunu və qeyri-adi hadisələrə vaxtın qalmadığını düşünürsən? O zaman əksər günlərinin necə keçdiyini xatırla – məgər bir birinə oxşamır? Bəzən istirahətimizi planlaşdırmağa belə nə gücümüz, nə də vaxtımız olmur. Lakin bir az vaxt ayırıb əvvəlcədən planlaşdırsaq, həyat daha asan və maraqlı olacaq: teatra biletlər artıq alınıb, kafedə masa sifariş olunub, gedəcəyin yerə uyğun geyinmisən - və iş ona ayrılan çərçivədən qırağa çıxmır!
ARZULARLA YAŞAMAQ ZƏRƏRLİ DEYİL
Unutma ki, bu «boş arzular» deyil, «məqsədlərin vizuallaşmasıdır»! Bu sözləri sənin xəyallararda olduğunu düşünənlər üçün söylə. İstədiyin məqsədinə çatdıqda özünü necə hiss edəcəyini və nə edəcəyini düşün, hansı əşyalar və insanlar səni əhatə edəcəyini təsəvvür et. Xəyallar reallığı əvəz etməməlidir, sadəcə onların vasitəsilə hara və niyə hərəkət etdiyini anlamaq daha asandır. Artıq hərəkət etməyin vaxtı yetişib!
TƏŞƏKKÜR ET
Yeni vərdiş əldə et: hər axşam təşəkkür hissi yaradan ən azı beş hadisəni yaz. Əvvəlcə bu asan olacaq, lakin sonra iş çətinləşəcək: bəndlər təkrarlanmalıdır. Sağlamlıq, ailə, günəşli hava — bu praktika hər şeyi olduğu kimi qəbul edəcəyimizi xatırlamağa yardım edəcək. Və hər gün xoş işlərə vaxtını ayırmağa unutma, çünki axşam yeni bənd yazmalısan! Bu məsləhətlərə bir neçə ay ərzində riayət etməyə çalış. Hərəkət etdiyin istiqamət xoşuna gəlirmi? Cavabın “HƏ”-dirsə, davam et!