Hər zaman xoşbəxt: istənilən yaş dövründə harmonik həyatın sirləri

Narahatlıq hissi keçirmədən yüz yaşınadək sağlam və xoşbəxt yaşamağın sirri varmı? Diqqətin bizdə olsun!

1975-ci ildən indiki zamanadək Yaponiyanın Okinava əyalətində genetik amillərin, eləcə də uzunömürlülüyə və keyfiyyətli yaşayışa müsbət təsir göstərən həyat tərzinin tədqiqatları aparılır. Bəs nə üçün məhz orada? İş orasındadır ki, Okinava adasında ölüm səviyyəsi çox aşağıdır. Bu regionda insanlar fiziki yükdən çəkinmir, sağlam qida ilə qidalanır, eləcə də şəxsi həyat və iş arasında tarazlığı qoruyub saxlayırlar. Onlar dostları, yaxınları və qohumları üçün hər zaman vaxt tapırlar.

Sardiniyanın Barbaca əyaləti, Kaliforniyanın Loma Linda icması və Kosta-Rikanın Nikoya yarımadası ilə yanaşı İşveçin Lund şəhəri də belə məkanlardandır. Məhz oradakı Skone əyalətinin kənd təsərrüfatı torpaqlarında İqelesa elmi-tədqiqat mərkəzi yerləşir. Mərkəzin yaradıcısı tibb elmləri doktoru və Lund universitetinin kardiocərrahiyyə professoru Stiq Sten ciddi ağ ciyər xəstələri üçün "Neçural Balans" kokteyllərini məhz orada yaratmışdır. Bu qida mənbəyinin tərkibində optimal miqdarda zülal, yağ və asta karbohidratlar var. Bu maddələr insan orqanizminin erkən qocalmasının qarşısını alır və insan orqanizmini vitaminlər, minerallar, Omeqa 3 yağ turşuları və antioksidantlarla təmin edir.

SAĞLAMLIĞA VƏRDİŞ ET

Hər regionun öz qida ənənələri var. Onları birləşdirən sağlam ənənələr də az deyil. Məs, qida rasionuna antioksidant, vitamin, mineral və sellülozla zəngin meyvə, tərəvəz, dənli bitkilər və yarmaların, eləcə də Omeqa 6 və Omeqa 3 əvəzolunmaz yağ turşuları ilə zəngin təzə balığın əlavə edilməsi. Gün ərzində kiçik porsiyalarla qidalanmalı və yemək masasından tam doymamış halda ayrılmalı. Əti ayda beş dəfədən artıq yeməməli. Sağlam həyat tərzinə riayət etməli.

Bu gözəl regionların birinə köçmək imkanın varsa, onu əldən vermə! Əgər bu imkan yoxdursa, sən faydalı maddələri və nutriyentləri yemək rasionuna Wellness Pack, həmçinin giləmeyvəlişokoladlı Neçural Balans protein batonlarını əlavə etməklə əldə et. Nahardan sonra gəzintiyə çıx. Tez-tez idman məşqlərində iştirak et. Kiçik addımlarla irəliləyiş et və həyatın tezliklə yaxşılığa doğru dəyişəcək.

 

Mətn: Şəkil: Oriflame