Məşqlərdən maksimum faydalanmağın yolları

Güclü – yəni arıq, bu gün bu şüari şübhə altına alan çox az adam olar. Lakin bədənimizin daha güclü olması üçün onun qayğısına qalmaq lazımdır – yaxşı qulluq etmək, vaxtında yedizdirmək və dincəlmək barədə unutmamaq.

DƏBLİDİRSƏDEMƏLİ PRAKTİKİDİR

Hərdən özünü idmana daha yaxın hiss etmək üçün sadəcə bir cüt yeni idman ayaqqabısı geyinmək kifayətdir. Düzgün təchizat sənə yalnız güclü motivasiya vermir, həmçinin sənin sağlamlığının qeydinə qalır. Köhnə geynilmiş ayaqqabı – çox vaxt zədələrin əsas səbəbidir. Əgər sən qaçışla maraqlanırsansa, pəncənin növü kimi parametrə diqqət verməlisən – o, düz, neytral və yaxud hündür ola vilər. Paltar seçəndə isə onun bədənə uyğunluğuna, materialının dəridən nəmi çəkmə xüsusiyyətinə fikir ver. 

NƏTİCƏNİ İZLƏ

Məlumdur ki, müntəzəm məşq edənlər digərlərinə nisbətən daha tez-tez daşınan cihazlar alır və onlardan istifadə edirlər. Bu gün sən bir çox əlavənin içindən sənin üçün vacib olan parametrləri izləyənlərini seçə bilərsən. Biz, marşrut, məsafə, sürət və məşqlərə sərf edilmiş vaxtı yadda saxlayan əlavə və cihazlara üstünlük veririk. 

DOLU BAK

Məşqlərdən maksimum faydalanmaq üçün enerji səviyyənin yuxarı olduğuna əmin ol. Suzsuzluqdan qaçmaq üçün intensiv məşqlərdən bir saat əvvəl yarım litr su iç. Bu həmçinin bədənini yavaş karbohidratlarla “zənginləşdirmək” üçün mükəmməl vaxtdır. Əgər sən məşqə lap az qalmış qəfil aclıq hissi yaşasan, xurma yaxud bir qədər üzüm yeyə bilərsən – meyvələrdəki sürətli karbohidratlar sənə dərhal enerji bəxş edəcək. 

KİM ƏLAVƏ İSTƏYİR?

Balanslaşdırılmış pəhriz – sağlamlıq və gözəl fiziki formanın açarıdır, lakin adi qida qəbul etməklə sən fitnes-məqsədlərinə nail olmaq üçün lazım olan vacib vitamin və mikroelementlər almaya bilərsən. Çox məşq edənlər əlavə olaraq karbohidratları parçalaya bilən vitamin B, metabolizmi yaxşılaşdıran və immun sistemini müdafiə edən vitamin C, həmçinin sümüklər üçün çox vacib olan kalsiumu həzm etmək üçün lazım olan vitamin D qəbul etməlidir. 


BƏRPA BARƏSİNDƏ UNUTMA

İntensiv məşqlərdən sonra bədənin bərpa olunmalıdır, ona görə də bunun üçün özünə əlavə zaman ver. Astaksantin əzələlərini hüceyrə səviyyəsində müdafiə edəcək və dözümlülüyünü artıracaq. Fitnes-zaldan gələndən sonra əgər səndə əzələ ağrıları başlayıbsa, zəncəfil dəmlə və içkinə bir qədər sarıkök qat – bunlar iltihabəleyhinə təsirli təbii vasitələrdir.  


Mətn: