Sağlam həyat tərzi yoxsa...Əfsanə?

Sağlam həyat tərzi haqqında çoxlu əfsanələr mövcuddur. Həqiqəti əfsanələrdən ayırmağı bilirsənmi? Özünü yeni siyahı ilə yoxla!

1. ƏGƏR BÜTÜN GÜNÜNÜ QAPALI MÜHİTDƏ KEÇİRİRSƏNSƏ SƏNƏ SPF LAZIM DEYİL

Bu əfsanədir! Əgər sən pəncərəyə yaxın oturursansa, sənə günəşdən müdafiə vasitələrindən istifadə etmək lazımdır. Günəşin ultrabənövşəyi şüaları hətta şüşədən belə keçərək dərinin tez yaşlanmasına və piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. 

2. MƏŞQLƏR DƏRİNİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRIR

Bu doğrudur! Məşqlər qan dövranını stimullaşdırır və orqanizm orqanlarını qan dövranı ilə təmin edir, həmçinin dərini oksigen və qidalandırıcı elementlərlə təmin edir. Hər bir idman növünün ilk növbədə ürək–sinir sistemini məşq etdirməyini nəzərə alsaq, demək dərin də mütəmadi məşqlərdən sonra yüksək nəticə əldə edəcək.

3. 
İNSAN YAĞLI YEMƏKDƏN KÖKƏLİR

Bu əfsanədir! Əlbəttə, əgər sən çox miqdarla yağlı yemək yeyirsənsə bu istər istəməz baş verəcək. Hətta çox miqdarda zülal və ya karbohidrat qəbul etsən belə. Bununla yamaşı düzgün yağ kəmiyyəti sağlamlığın üçün çox vacibdir. Qoz, balıq, avakado kimi məhsulların tərkibindəi yağ çox faydalı olaraq səni uzun müddət aclıq hissindən azad edəcək. 

4. GÜNDƏLİK OLARAQ 8 STƏKAN SU İÇMƏK LAZIMDIR

Bu əfsanədir! Stəkanların saymağın heç bir əsası yoxdur. Çünki hər bir orqanizmin mameyə olan tələbatı müxtəlifdir. Həmçinin müəyyən qədər mayeni biz qida qəbul zamanı qəbul edirik. Ona görə də yalnız susuzluq hiss edərkən iç. 

5. YUXU ÇATIŞMAZLIĞI ARTIQ ÇƏKİYƏ SƏBƏB OLUR.

Bu doğrudur! Yorğunluq zamanı aclıq hissi sənə tanışdır? Məsələ burasındadır ki, yuxuluq hissi zamanı hasil olunan hormonlar iştahı oyadan hormonlarla eynidir. Ona görə də yuxusuzluq metləq olar aclıq hissinə gətirib çıxarır. 


6. 
YÖNƏLDİLMİŞ MƏŞQLƏR BƏDƏNİN MÜƏYYƏN İSTİQAMƏTLƏRİNDƏKİ YAĞLARIN AZALMASINA KÖMƏK EDİR

Bu əfsanədir! Minlərlə press hərəkətləri etsən, sən yalnız o nahiyyədəki əzələləri bərkitmiş olacaqsan, bir qram belə yağ azalmayacaq. Əgər artıq çəkini atmaq istəyisənsə bütün bədənini məşq etdirməlisən və bu kardioməşqlərlə - qaçış, velosiped və ya üzgüçülüklə etsən daha məqsədəuyğun olar. 


7. 
GECƏLƏR QƏBUL ETDİYİN KALORİLƏR GÜNÜZ QƏBUL OLUNANLARDAN DAHA ZİYANLIPDIR

Bu əfsanədir! Bəzi pəhrizlərdə altıdan sonra yemək qadağan olunur. Onlara qulaq asma. Nə vaxt yediyin vacib deyi - əsas nə qədər yediyindi. Bir kalori elə bir kaloridir, günüz və ya gecə olmasının ona aidiyyatı yoxdur. 

Mətn: Şəkil: Getty Images