Həqiqətən işləyən liftinq

Möhkəm, gənc dəriyə cəmi dörd sadə addım: NovAge Ultimate Lift Contour Define seriyası dəri elastikliyini bərpa etmək üçün hazırlanıb, o, elastikliyi təmin edir, dərin qırışları nəzərəçarpan dərəcədə hamarlayır və üz konturunu dartır. Sevimli məhsullar haqqında daha çox məlumat əldə et!

Niyə NovAge Ultimate Lift Contour Define?

Yaşlandıqca hüceyrələr elastin və kollageni itirir və hüceyrələrimizin onları istehsal etmə qabiliyyəti zamanla yavaşlayır. Üzün təbii həcminin itməsi ilə yanaşı boşalma yaranır, oval sallanır. Hüceyrələrin təbii yenilənməsi prosesi ləngiyir və dəri solğunlaşır.

NovAge Ultimate Lift Contour Define seriyasından 4 həftəlik istifadə ərzində kliniki cəhətdən sübut olunub: elastikliyin 40%-i bərpa olunur!

Ultimate Lift Contour Define məhsullarındakı patentləşdirilmiş AspartoLift texnologiyası dəridə təbii kollagen və elastin istehsalını aktivləşdirir, üz dərisini dartışdırraraq və onun möhkəmliyini və elastikliyini artıraraq hüceyrələrin yenilənməsi prosesini stimullaşdırır. Sınaqlar göstərir ki, AspartoLift texnologiyası yaşlanma ələyinə effekti baxımından retinola bənzəyir. Budleya bitkisinin kök hüceyrə ekstraktı kollagenin azalmasını ləngidir və sərbəst radikallardan qoruyur və bununla dəri yaşlanmasını dayandırır. Patentləşdirilmiş tripeptid texnologiyası kollagen istehsalını aktiv şəkildə stimullaşdıran və hüceyrələri nəmlə dolduran, dərini hamarlaşdıran və qırışları əhəmiyyətli dərəcədə azaldan üç bitki peptidinə əsaslanır.

Klinik cəhətdən sübut olunub: komplesli qulluq xəttdən olan ayrı-ayrı məhsulların istifadəsindən 7 dəfə daha effektivdir

Dərinizin sağlamlığı və gözəlliyi üçün gündə cəmi 4 addım və 2 dəqiqə 2 dəfə - səsləndiyindən daha asandır! Dəri lazımi maddələri və tam qulluğu alır və onun üçün ən gərgin bir səhərdə və ya yorğunluqdan düşdüyün zaman ən gec axşam saatlarında belə vaxt tapılacaq. Özünə sevgi düşüncələrdən və sözlərdən deyil, hərəkətlərdən ibarətdir və özünə müntəzəm qayğı göstərməklə başlayır. Hələ kompleksli qulluqdan istifadə etmirsənsə, ona bir şans ver və nəticələrə heyran qalmağa hazır ol!

Addım 1: bütün yorğunluğu yu

Düzgün təmizlənmə hüceyrələrin yenilənməsini stimullaşdırır, çirkləri təmizləyir və dərini növbəti qulluq üçün hazırlayır. Bunu axşamlar, dərinin gün boyu aqressiv ətraf mühitin hücumuna məruz qaldığından sonra etmək vacibdir: çirklənmiş hava, toz, duman, ultrabənövşəyi radiasiya. Bunu etmək səhərlər, məsamələri gecə ərzində istehsal olunan sebumdan təmizləmək lazım olduqda vacibdir. NovAge 2-i 1-ə üz yumaq üçün gel-tonik öz vəzifəsi ilə əla işləyir: çobanyastığı və virola ağacından alınan təbii bisabolol əsaslı texnologiya sayəsində zərif şəkildə təmizlənir və tonlayır, yumşaldır və sakitləşdirir.

Addım 2: gözlərə bax

Gözlərimiz hər gün o qədər gözəlliklər görmək imkanı verir: heyranedici mənzərələr, yaxınlarımızın təbəssümləri, rəssamların əsərləri. Göz ətrafındakı dəri üzün qalan nahiyyəsindən 10 qat daha incədir və bu səbəbdən ilk yaşlanma əlamətləri ilk olaraq orada görünür. Onun üçün ayrıca bir məhsul istifadə etmək vacibdir - məsələn, kofein və aşağı molekulyar ağırlıqlı hialuron turşusu ilə göz ətrafındakı dəri üçün NovAge Ultimate Lift Contour Define krem-liftinq kimi, o, aktiv şəkildə suyu çəkir və saxlayır. Krem göz ətrafındakı dərini nəzərəçarpan dərəcədə dartışdırır və qırışları azaldır!

Addım 3: xüsusi qulluq bəxş et

Serum, yüksək konsentrasiyada aktiv maddələr ehtiva edir, onlar yüngül tekstura sayəsində epidermisə sürətlə nüfuz edir və gündüz və gecə kreminin təsirini artıraraq içəridən işləməyə başlayırlar. NovAge Ultimate Lift Contour Define üz və boyun üçün serum-liftinq dərindən nəmləndirir, qırışları dartışdırır və hamarlayır. Onun əsasında dəri hüceyrələrində fibroblastların elastikliyini bərpa edən AspartoLift texnologiyası və patentləşdirilmiş tripeptid texnologiyasını durur - düyü, maya və buğdanın bitki peptidlərinin üçlüyü kollagen istehsalını stimullaşdırır və hüceyrələri nəmlə doldurur.

Adım 4: dərini nəmlə doldur

Dehidrasiya oksidləşdirici stresə və kəskinləşən qocalma əlamətlərinə səbəb ola bilər, buna görə də bu, dəriyə kompleksli qulluqda son və ən vacib addımdır - sağlam və gözəl dərinin açarı.

Kompleksli qulluq tərkibindəki kremlərin təsiri fərqlidir: gündüz kremi, hər şeydən əlavə, gün boyu nəmləndirmə və ultrabənövşəyi şüalardan qorunmanı təmin edir, gecə kremi - dərinin aktiv maddələrə ən həssas olduğu saatlarda onu bərpa edir və qidalandırır.

Unikal patentləşdirilmiş AspartoLift texnologiyası, budleya kök hüceyrələri və FreshProtect nəmləndirici texnologiyası ilə SPF 15 NovAge Ultimate Lift Contour Define gündüz kremi dərini qoruyur, hamarlayır və dartışdırır. NightRecover intensiv qidalandırıcı kompleksi ilə NovAge Ultimate Lift Contour Define gecə krem-lifinqi 4 həftə ərzində dərinin elastikliyini artırır.

Mətn: