14 günə Yeni ilə hazırlaş

İşdə və ya biznesdə ili bağlamaq, hədiyyələr seçmək, partini planlaşdırmaq və yorğunluqdan yıxılmamaq – hər il qadınlar üçün bayram mövsümündə yaranan çətinlik. Hər şeyi çatdırmaq - ya da ancaq ən vacib şeyi? Nə etmək lazım olduğunu bilirik!

 

Xülasə et və yeni hədəflər qoy
Bir neçə saat rahat atmosferdə ayır, bloknot və qələm hazırla - və keçən ilə bax. Hansı hədəflərə nail olunub və niyə? Hansı arzular gerçəkləşdi? Hərəkətlərini vicdanla təhlil et. Bu ilin səni nəyi öyrətdiyini, ona nə üçün minnətdar olduğunu yaz. Və yalnız indi növbəti ili necə keçirmək istədiyin haqqında düşün. On ölkəyə səfər etmək? Nəhayət ki, öz biznesini açmaq və ya əgər o artıq varsa, göstəriciləri qaldırmaq?

Xəyallar qurmağa çalış! Yeni il - dünyada minlərlə insanın ən gizli arzuları tutduqları əsl sehrli, enerjili vaxtdır. Bu zaman kağız üzərində qeyd olunan arzular xüsusi gücə malikdir. Həqiqətən inan və hər şey alınacaq!

 

Yaxınların üçün hədiyyələr hazırla
Hər il əvvəlcədən hər şeyi edəcəyinə söz verirsən, amma yenə də bu baş verdi: vaxt demək olar ki, tükənmək üzrədir, sən isə hələ hədiyyələr planlaşdırmağa belə başlamamısan. Ticarət mərkəzlərinə artıq girmək olmur. Daha yaxşı bir ideya var! Hədiyyə generatorumuzu sına və düz evində rahat yorğan altından çıxmayaraq bütün ailə üçün sürprizlər seç. Onları qapının ağzına çatdırma ilə ala

biləcəksən!

 

İdeal görünüşü düşün
X günündə kreyser sürəti ilə salat doğrayanda vaxtı unutmaq asandır. Və qəfildən gecə yarısı olmasına yarım saat vaxt qaldığı bir vaxt çatır, sən isə hələ də xalatdasanşuba salatını cəfəri yarpaqları ilə bəzəyirsən. Stressdən qaçmaq üçün nə geyinəcəyini əvvəlcədən düşün. Ayaqqabıdan tutmuş aksessuarlara qədər hər şeyi hazırla. Ev bayramı üçün rahat, amma gözəl bir şey uyğun olacaq. Parlaq aksessuarlar, məsələn, böyük boyunbağı, görünüşün uzadılmasına kömək edəcək. Restorana saçaqlı asqıları olan sırğaları seç, bağ evi üçün isə özünü parlaq və dəbli papaq və əlcəklərlə sevindir.

 

Pəhrizlər haqqında unut
Yeni il bayramları - sağlam həyat tərzi üçün vaxt deyil. Adam Yeni il masasındakı bütün nemətləri dadmaq, sonra isə bir həftə yorğan altına girmək istəyir – axı sən bütün il boyu çox işləmisən və mini istirahətə layiqsən. Və biz razıyıq! Bayramdan bir-iki həftə əvvəl arzuladığın paltarın səni sıxıldığını başa düşürsənsə, heç bir halda ciddi pəhrizə oturma - əks təqdirdə Yeni il yeməkləri orqanizm üçün şok olacaq. Şirin və un məmulatlarından imtina etməyə, təzə tərəvəzlərə, kəsmik və yağsız ətə keçməyə çalış, qəlyanaltıları faydalı kokteyl və ya isti şorba ilə əvəz et: onlar iştahı azaltmağa və lazımi miqdarda protein əldə etməyə kömək edəcək.

 

Dəriyə parlaqlığı qaytar
Yeni il həm ofis işində, həm də biznesdə qızğın bir vaxtdır. Dincəlmiş görünüşü saxlamaq demək olar ki, mümkün deyil: günün çox hissəsini bir havasız otaqda monitora baxırsan, küçədə dəri soyuqdan və küləkdən, evdə istilik təchizatı mövsümündə quru havadan əziyyət çəkir. Kompleks qulluğu Ceramosides ™ və lmərcangiləli “Akva Glou” içkisi ilə tamamlayın. Klinik tədqiqatlar göstərdi ki, əlavənin tərkibindəki Ceramosides ™ inqrediyenti dərinin nəmlənməsini yaxşılaşdırır və artıq 15 gün qəbul edildikdən sonra qırışların sayını azaldır. “Akva Glou” kursunu elə indi başla və Yeni ilə dərin parlayacaq!

Mətn: Şəkil: Oriflame