Özünə əminlik hissi üçün 4 ətir

Arzuladığın işə müsahibəni, vacib bir görüşü və ya gününü daha yaxşı etmək istəyirsənsə, sənə düzgün ətir seçimi və özünü daha yaxşı hiss etməyə kömək edəcəyik.

1. DAHA YAXŞI ET

Hərdən özünü çox pis hiss edirsən, halbuki buna əsas olmur. Və ya pis əhval-ruhiyədə olmağına səbəb var, amma sən özünü toparlaya bilmirsən. Fasilə etmək, gəzişmək və çobanyastığı çayı içməklə yanaşı sənə ağac notlu ətirlər də kömək edə bilər, çünki ağac notları sakitləşdirici təsirə malikdir və özünəgüvənlilik hissini və gücünü bərpa edir. Nümunə kimi Possess The Secret cüt ətirlərini təklif edirik. Bu qadınlar üçün ətirin hazırlanmasına parfümeri sehrli cavanlaşdıran almaların qoruyucusu İdunn İlahəsi haqda əfsanə ilhamlandırmışdı. Bu meyvələr digər tanrılara güvvət və özünə əminlik hissi verirdi. Kişilər üçün Possess The Secret Man ətiri ildırımları və tufanları idarə edən Tor Tanrısının əfsanəsindən ilhamlanaraq hazırlanmışdı. Torun çəkici tükənməz enerji və güvvətin rəmzidir. Possess The Secret yeni kolleksiyasında Tor və İdunn Tanrılarının bütün sirləri əks olunub - onların ücünü hiss et!

2. İNANDIRMAQ VƏ QALİB GƏLMƏK

Vacib bir görüşə, iş üçün müsahibəyə hazırlaşırsan və həyəcanlısan? O zaman, yeni çiçək ətirlərini seç. Bu ətir özünü toparlamağa və sakitlik əldə etməyə kömək edəcək. Sənə Lucia Bright Aura ətirini məsləhət görürük. Tərkibində unutmaməni çiçəyi, ağ qarağat və sidr notları sayəsində bu təmiz və parlaq ətir sənə özünə əminlik hissi və enerji verəcək.

3. ÜRƏKLƏRİ FƏTH EDƏN

İlk görüş. Bilmirsən nə geyinəsən, hansı saç düzümü və makiyajı seçəsən? Birdən yağış, qar yağar və ya geyimini bəyənməzlər? Narahat olmağa dəyməz! Səni tam əks edən ətir lazımdır. Eclat Mademoiselle zərif, romantik, incə, əsl klassik ətirdi. Armud və freziyanın yaşıl notları, hibiskus və qızıl gülün çiçək buketləri, ağac və müşk şleyfi ürəkləri fəth edəcək və hamı sənin haqda düşünəcək. İlk görüş üçün ideal seçim.

4. İŞIQ KİMİ SAÇACAQSAN

Şənbə günü axşam partiya gedirsənsə və xarici görünüşünlə hamını valeh etmək istəyirsənsə, sənə yaxşı təklifimiz var. Sənə yeni On the Edge tövsiyə edirik. Ağac, qara bənövşə, portağal və dəri notları duyğusallıq verəcək. Ətirin orijinal qabını hər bir tərəfi üzərində saxlamaq olur, həmçinin çantanda rahatlıqla daşıya bilərsən.

Mətn: