Qida əvəzediciləri haqqında 4 mif

Kosmik səyahətlər haqqında filmlərin atributu və ya həyatın gərgin tempinə cavab verən qidanın tam qəbulu? Çəkini azaltnaq və ya istənilən formaya nail olmaq və nəticəni saxlamaq üçün sürətli və qısa müddətli effektə malik üsul? Şübhəsiz ki, artıq qida əvəzediciləri haqqında eşitmisən və ya hətta onları sınamaq istəmisən. Gəl birlikdə hər bir mifi aydınlaşdırmağa çalışaq.

Mif №1: Onlar tamamilə dadsızdır
Qida əvəzediciləri haqqında düşünərkən ağıla çox vaxt pastayabənzər konsistensiyalı dadsız qarışıq kimi nəsə bir şey gəlir. Bu cür məhsullar keçmişdə qaldı! Müasir qida əvəzediciləri, bir qayda olaraq, müxtəlif dad variantlarına malikdirlər (məsələn, vanil və ya şokolad və iştahaaçan kokteyllər, doyurucu şorba və ya batonlar şəklində təqdim olunur, bu da ürəyinizcə olanları seçməyə və qida rasionunu müxtəlifləşdirməyə imkan verir.

Mif №2: Onlar ancaq məhdudiyyətlər yaradır
Bir çoxları düşünürlər ki, qida əvəzediciləri ilə daim qidalanmaq lazımdır, buna görə dostlarla xoş axşam keçirmək və ya belə xoş gələn yeni restoranda nahar etmək çətin olacaq. Narahat olma, bu mifi rəsmi olaraq aydınlaşdırılmış hesab edilə bilər! Müasir məhsullar, o cümlədərn Çəki nəzarəti üçün qidalandırıcı koktey, sənin ehtiyaclarını nəzərə almaqla və zövqünə uyğun hazırlanıb və əlbəttə ki, hər yemək qəbulunu əvəz etmək üçün nəzərdə tutulmayıb.

Onunla, çəkini qorumaq və ya azaltmaq istəyindən asılı olaraq bir və ya iki qida qəbulunu əvəz et. Yaddan çıxarma ki, istənilən nəticəyə nail olmaq üçün sənin rasionun balanslaşdırılmış, zülal və qida lifləri ilə zəngin olmalıdır, həmçinin istifadə olunan kalorilərin miqdarına görə məhdudlaşdırılmalıdır.

 

Mif №3: Bu, yalnız müvəqqəti həlldir
Çəki nəzarəti üçün qidalandırıcı kokteylimiz kimi qida əvəzediciləri uzunmüddətli perspektivdə çəki azaltmaq və ya qorumaq üçün təhlükəsiz və rahat üsul təqdim etmək üçün yaradılıb. Hələ də inanmırsan? Obesity Reviews tibbi jurnalında nəşr olunan araşdırma deyir: "Kalori məhdudiyyəti ilə qida əvəzedicilərinin pəhrizə daxil edilməsi çəki azaldılmasında uzunmüddətli uğuru təmin etdiyinə dair elmi sübutlar var. Qida əvəzediciləri aşağı kalorili pəhrizə daha ciddi riayət etmənin sayəsində müstəqil arıqlamaq cəhdlərindən daha yaxşı təsir göstərirlər. Daha təsirli kilo vermə nəticələri qida əvəzedicilərinin birliyin davranışı və dəstəyi ilə ahəngdar olduqda müşahidə olunur".

Eyni zamanda, qida əvəzediciləri nutrientlərin sayına görə balanslaşdırılmışdır, lakin müntəzəm nahar və ya şam yeməyindən daha az kalori ehtiva edirlər. Onların hazırlanması asandır və gün ərzində çox da faydalı olmayan məhsulları daha az qəbul etmək üçün hər yerə özünlə götürmək rahatdır. Hər şey bir saat kimi işləyəndə, yeni vərdiş asanlıqla həyat tərzinin bir hissəsinə çevrilir. Qida əvəzedicilərinin uğurunun sirri məhz bundadır: onları yeməklanmasına çox vaxt və güc sərf etmədən adət edilmiş gündəlik rejimə daxil etmək rahatdır.

Mif №4: Mən daim aclıq hiss edəcəyəm və ya doyunca yeməyəcəyəm – ya da ikisi də birlikdə!
Vacib təqdimat və ya maraqlı həftə sonu planlarına diqqət yetirmək əvəzinə, daim mədə spazmalarına və növbəti yemək haqqında fantaziyalara ("daha çox kartof fri, zəhmət olmasa") diqqətini yayındırmaqdan pis heç nə yoxdur. Həyat daim aclıq hissi yaşamaq üçün çox qısadır. Amma yayılmış fikirə zidd olaraq, qidanın düzgün əvəzedicisi mütləq sənin iştahanı təmin edəcək və səni enerji ilə dolduracaq. Çəki nəzarəti üçün qidalandırıcı kokteyl uzunmüddətli doyma hissi üçün zülal və liflə, eləcə də faydalı yağlar və 23 vitamin və minerallarla zəngin olan tam qida qəbuludur – gün ərzində enerjini dəstəkləmək üçün.

Bütün lazımi nutrientləri alaraq özünü daha yaxşı hiss edəcəksən və çəkini azaltmaq və ya saxlamaq üzrə öz hədəflərinə diqqət yetirə biləcəksən.

Mətn: