Məşqlərdən sonra bərpa olunmaq üzrə: 5 qayda

İntensiv məşqlər, yeni vorkaut və ya sadəcə olaraq uzun müddətlik fasilədən sonra idman zalında ilk gün əzələlərdə ağrıların yaranmasına səbəb ola bilər. Sən heç də əziyyət çəkməli deyilsən! Bir neçə üsul var ki, əzələlərdə xoşagəlməz ağrıları götürərək diskomfort hissini aradan qaldırmağa kömək edəcək.

1. DARTILMA
Ağır məşqlərdən sonra dartılma hərəkətlərin qamətin düz olmasına kömək edəcək. Əgər məşqlərdən sonra gərginli və ağırlıq hiss edirsənsə, 30 dəqiqə ərzində müəyyən hərəkətlər etməyə çalış (məsələn, barmaqlarını ayaq barmaqlarına qədər çatdırmaq) — bu heç olmasa müəyyən vaxtlıq kömək edir. 

2. KÖPÜKLÜ ƏLCƏK
Köpüklü əlcək əzələlərin məşqdən sonra rahatlanması üçün istifadə olunur. Bu məsələnin eksperimental tərəfi də mövcüddur — bunu məhz tennis topu ilə də təkrar et.

3. İSTİRAHƏT
Əgər sən hər hansısa məşqə hazırlaşırsansa və ya qısa zaman ərzində müəyyən nəticələr əldə etmək istəyirsənsə, onda əzələlərinə zərər verərərək fasiləsiz məşqlərə başlayacaqsan. Bu əzələlər üçün çox ziyandır, bunu heç zaman etmə. İkincisi isə bu cür yanaşma zədələrin yaranmasına səbəb ola bilər. İkincisi isə sənin əzələlərinə mütləq olaraq fasilə lazımdır. Özün düşün: ştanqa ilə hər dəfə oturub durma hərəkətləri zərif əzələ liflərinin zədəsinə səbəb olacaq.  Ona görə də əzələlərin möhkəm olması üçün mütləq olaraq fasilə lazımdır. Nəticə əldə etmək istəyirsən? Onda məşqlərdən sonra istirahət et! 

4. QAYNAQ VƏ YA SOYUQ VANNA
Məşqlərdən sonra soyuq vanna qəbul etmək damarların qapanmasına və yaranan şişkinliyinin qarşısını almağa kömək edir. Əgər ağır məşqdən sonra əzələlərin zədələnir və yorulurlarsa buzlu vanna bu hislərin hamısının qarşısını alacaq. Digər tərəfdən isə isti rahatlanmanı təmin edir, qan dövranını stimullaşdırır və bütün əzələlərin yumşalmasına səbəb olur.

5. İSTİRAHƏT GÜNÜ
Qaçış, yoqa, tez-tez gəzmə - belə hərəkətlər aşağı yüklənmə səviyyəsinə malik olaraq əvələlərin rahatlanmasəna səbəb olacaq. Bu cür yanaşma "fəal bərpaolunma" adlanır — bu proses zamanı qan dövranı yaxşılaşır, əzələlərdə isə növbəti məşqə hazırlıq olaraq bərpaolunma prosesi gedir.

Mətn: Şəkil: Getty Images