parlayan dəriyə 5 addım

Sənin dərin artıq qış yuxusundan sonar özünə gəlib? Əgər yoxsa, beş sadə addımla ona bərpa olunmağa kömək et.

1. Cilalama
Qış və yazın sərt iqlimi – dəri üçün əsil sınaqdır. Şaxta, külək, quru hava, yağış və qızıdırıcı cihazlar onu yorğunlaşdırır və cansızlaşdırır. Kompleks baxımına skarb əlavə et: ölü hüceyrələri təmizləmək, qabıqlanmanı təmizləmək və quru nahiyələrin yenilənməsi prosesini sürətləndirmək üçün həftədə bir-neçə dəfə istifadə et. 


2. Nəmləndirmə
Məhz mövsümlərarası dəri hər şeydən çox canlandırıcı nəmə ehtiyac duyur. Mütləq şəkildə susuzlaşmanın qarşısını almaq üçün üz kremlərindən istifadə et. Sənə həqiqətən iki fərqli əlavə xüsusiyyətləri olan krem lazımdır: gündüz kremi qoruyur və bütün gün ərzində nəmləndirir, gecə kremi isə dərini yuxu zamanı aktiv maddələrin dəridə daha dərinə hopduğu vaxtda bərpa edir.

3. Müdafiə
Əgər sən gündəlik günəşdənmüdafiə kremi istfadə etmirsənsə, başlamaq zamanıdır: tutqun qışdan sonra ilk günəşli günlər dəri üçün əsil şok ola bilər. Buludlu, dumanlı hava, bağlı ofisdə iş günü – heç biri bəhanəsiz! Səhərlər kompleks qulluqdan sonra yüksək SPF-faktoru sanskrin çək.

4. Daxildən gözəllik
Rəfiqələrin “yay fəslinə hazırlaşır” və sosial şəbəkələrdə bir kahı yarpağından ibarət səhər yeməyi şəkli qoyur? Təslim olma! Yaz – ciddi pəhrizlər zamanı deyil. Məhz indi orqanizmin qış boyunca itirdiyi vitaminləri və qida maddələrini bərpa etmək zamanıdır. Ona sağlam qidalarla və xüsusi komplekslərlə kömək et. Antioksidantlarla zəngin ərzaqların üzərində dayan: sitrus, yerkökü, spanaq, giləmeyvələr, avokado, qoz-fındıq.

5. Əlavə qulluq
ri qışda – quru, yayda – yağlı, yazda – qabıqlanmaya meyllidir? Mövsümdən mövsümə dərinin ehtiyacları dəyişir və bu normal haldır. Bütün baxımı dəyişmək vacib deyil – misal üçün, bu təsirlərə istiqamətlənmiş üz maskaları əlavə et. Bərpa etmə, qidalanma, möhkəmlənmə və ya hamarlıq? tərkibində aktiv maddələr olan lazımı effekti seç.

Mətn: Şəkil: Oriflame