Qidaya mineralları əlavə etməyin 5 qaydası

Vitaminlərin sağlamlıq üçün vacib olduöundan hamı danışır. Bəs minerallar necə? Qida rasionunuza nəzər salaraq hansı məhsullarda daha çox həyat üçün vacib olan mineralların olmasını nəzərdən keçirək.

1. KALSİUM

Kalsium dişlərin və saçların sağlamlığı üçün mütləqdir. O əzələ və sinir sisteminin funksiyalarının tənzimlənməsində iştirak edir və qanın laxtalanması üçün də vacibdir.

Rasionuna nələri əlavə etmək: süd və digər süd məhsulları, brokkoli, göyərti (məsələn, kələm və ispanaq). 

2. DƏMİR

Dəmir enerji sintezi və melanin istehsalı üçün zəruri olan mərkəzi sinir sisteminin işlənməsi üçün mütləqdir.  O həmçinin kollagen və elastin istehsalında da iştirak edərək birləşdirici toxuma vəziyyətinə görə məsuliyyət daşıyır. Dəmir çatışmazlığında biz yuxusuzluq və diqqətin yayılması hissləri baş verir.

Rasiona nələri əlavə etmək: göyərti, lobya, noxud, mərci və tofu.  


3. 
MAQNEZİUM

Zəruri minerallardan biri olan maqnezium üç əsas proses olan enerji istehsalı, ürək-damar və əzələ sisteminin işlədilməsində iştirak edir.

Rasiona əlavə etmək: qozlar, lobyalar, balıq və taxıl bitkiləri.


4. 
SİNK

İnfeksiyalarla mübarizədə əsas döyüşçüdü! Sink immunitet sisteminin normal işləməsi üçün çox vacibdir. Sink bizi soyuqdəymə və qripə qarşı daha az həssas edərək bədəndəki yaraları daha tez sağaldır.

Rasiona əlavə etmək: krevet, taxıl bitkiləri, balqabaq toxumu, lobya və ispanaq.  


5. YOD

Yod Bədəndə maddələr mübadiləsi prosesinə təsir edən qalxana bənzər vəzinin funksiyasına təsir edir.  

Rasiona əlavə etmək: noxud, süd məhsullar, balıq və yumurta. 

Mətn: Şəkil: Getty Images