1. KROSSFİT (WOD)
Əla vorkaut – trenajor zallarında uzun müddətli məşq demək deyil. Məsələn, krossfitin WOD (Workout Of the Day / günün məşqi) növü özündə bir neçə yüksək intensivliliyi olan fiziki məşqləri birləşdirir. Bu cür idman məşqlərinin smartfonunun mobil əlavələri təkliflərində axtar və ya youtube-da videolara baxaraq özünün dözümlülüyünü yoxla.
2. DƏNİZDƏ MƏŞQ
İdmanla məşğul olmaq və qaralmaq – bundan yaxşı nə ola bilər? Voleybol, tennis və ya pinq-ponq – ürəyinizə uyğun məşq seçin. Qum ayaqlara əlavə gərginlik, əla kompaniya – yüksək əhvah-ruhiyyə, idman isə – enerji və qalibiyyət sevinci bəxş edəcək. Lakin gündən qorunmaq üçün sankrindən, həmçinin papaq və eynəkdən istifadə etməyi unutmayın.
3. İDMAN GƏZİNTİSİ
Daxilindəki macəra axtarışında olan şəxsi tap və dünyanı araşdırmağa yollan (heç olmasa yaxın parkların birinə). Hər saat 200 kkal yandıra biləcəksən – əladı, elə deyilmi?
4. ÜZGÜÇÜLÜK
Üzgüçülük – qızmar yay günləri üçün əla məşqdir. O bədənə təravətli sərinlik verərək bütün əzələləri işlədə biləcək. Win-win! Həmçinin əzələlərə əlavə tonus vermək üçün su aerobikasından istifadə et.
5. YOQA
Kölgədə rahat bir yer tap, idman xalçasını yerə sal və sakitlikdən zövq al. Yoqa ilə məşğul olmaq üzərində işləmək istədiyin nahiyyələrə fikir ver. Elastiklik, balans və ya güc – özün seçim et.