Günəşdən qorunma haqqında 5 fakt

Geniş spektrdan qorunma nədir, sanskrini ofisdə istifadə etmək lazımdırmı və nə qədər məhsul tətbiq etmək lazımdır? Təhlükəsiz günəş haqqında ən çox verilən suallara cavab veririk!

SPF faktorundan asılı olaraq günəş altında nə qədər qalmaq olar?
SPF (Sun Protective Factor) - günəşdən qoruma amili. SPF nə qədər yüksəkdirsə, məhsul daha uzun müddət və etibarlı şəkildə qoruyur. Orta hesabla insan qorunmadan təxminən 10 dəqiqə  günəşin altında qala bilər. SPF 10 ilə məhsulu tətbiq etsən, təhlükəsiz müddət 100 dəqiqəyə qədər artacaq, əgər SPF 30 - 300 dəqiqəyə qədər və s. Təcrübədə, hər iki saatdan bir, xüsusən də çimərlikdə sanskrini yeniləməyi məsləhət görürük: onun xüsusiyyətləri dəri ilə reaksiya, mexaniki təsir və su ilə təmasdan zəifləyir.

Öz SPF faktorunu necə seçmək olar?
Dərinin tonu nə qədər solğundursa, o qədər yüksək SPF faktoru tələb olunur. Birbaşa günəş şüaları altında aşıq dəri 5 dəqiqədən sonra qızarmağa başlayır, daha tünd isə - təxminən 15- dəqiqədən sonra. Məhsulu seçərkən bunu nəzərə al.

Tonal kremimdə SPF var. Beləliklə, üz üçün sanskrini buraxmaq olar?
Tonal əsas, adətən, SPF faktoru olduğu halda da dərini lazımi səviyyədə qorunma ilə təmin etmir: onu çox miqdarda tətbiq etmək mümkün deyil və onun dekorativ xüsusiyyətləri qoruyucu xüsusiyyətlərindən daha üstündür. Xüsusi günəş məhsulunu makiyajdan əvvəl istifadə et və onun hopulmasına imkan ver. Dekorativ kosmetikanı tətbiq edərkən səliqəli şəkildə hərəkət et: yayma, məhsulu yüngül hərəkətlərlə sürt.

Bəs bütün günü ofisdəyəmsə - mənə sanskrin lazım deyil?
Günəş qoruyucularından yalnız çimərlikdə deyil, şəhərdə və gündəlik istifadə etmək lazımdır - buludlu havada, qapalı məkanda, qışda! UB şüalanma buludlar və pəncərələr vasitəsilə asanlıqla nüfuz edir, hamar səthlərdən əks olunur və dəriyə təsir göstərir, hiperpiqmentasiyanın və fotoqocalmanın əsas səbəblərindən biri olur.


Kremi incə düz təbəqə ilə tətbiq edirəm - bu kifayətdir?
Sanskrinin həqiqətən işləməsi üçün ondan çox miqdarda istifadə et: bütün bədənə ən azı iki yemək qaşığı lazımdır. Sprey istifadə edirsənsə, məhsulun dərinin hər santimetrinə düşdüyündən əmin ol və yalnız sonra masaj hərəkətləri ilə çək.

Günəş kremi düzgün necə tətbiq olunur?
Sanskrini evdən çıxmazdan ən azı 15-20 dəqiqə əvvəl istifadə et ki, o, hopulsun, paltarda qalmasın və təsir etməyə başlasın. Xilasedici tübiki artıq çimərlikdə çıxarırsansa, ilk 15-20 dəqiqə ərzində dərinin hələ də müdafiəsiz qalmasına və yanıq almasına hazır ol.

Etiketdə "Geniş spektrli UV filtrləri" yazılıb. Bu nə deməkdir?
SPF dərini yanıqlara səbəb ola biləcək UVB şüalardan qoruyur - ancaq daha da təhlükəli olan UVA şüalarının təsirini kompensasiya etmək üçün sənə multi aktiv geniş spektrli qorunma lazımdır. Onlar dəriyə daha dəndən nüfuz edərlər və dermisin hüceyrələrinə çatırlar və sərbəst radikalların istehsalına səbəb olurlar, beləliklə vaxtından əvvəl yaşlanmaya və dəri xərçənginə səbəb olurlar. Məhsulunun iki növ günəş şüalanmasından qoruduğundan əmin ol - məsələn, bütün ailə üçün Oriflame Sun 360 yeni günəşdən qorunma məhsulları brendi kimi.

Redaksiyanın seçimi
Multi-Rays texnologiyası və İsveçin bərpaedici təbii inqrediyentləri sayəsində Sun 360 seriyası dərini günəş şüaları, ətraf mühitin çirklənməsi və susuzlaşmanın zərərli təsirindən qoruyur. Rahat format seç: sprey, krem, uşaq kremi, losyon və ya stik - və hava şəraitindən asılı olmayaraq həyatın ən vacib anlarından zövq al.

Günəş qoruyucu vasitələrin tərkibinin necə oxunması və ən etibarlı olanları necə seçilməsi haqqında daha çox öyrən.

Mətn: