Anamın xöşbəxt ailə resepti

Ailəni xöşbəxt etmək resepti varmı? Bu suala ən doğru ana cavab verə bilər. Ona görə də biz məsləhət üçün Stokholm ofisindən beş kolleqa-analara müraciət edtik. Cavabları qeyd et!

GÜLÜŞ VƏ ZARAFAT
«Uşaqlar da böyüklər kimi pis əhval-ruhiyyədə ola bilirlər. Həmçinin mənim oğlum da istisna deyil. O növbəti dəfə ağlamağa başlayanda (daha doğrusu yalandan ağlayanda), mən onun fikrini digər bir şeyə yönəldirəm. Məsələn, gülməli sifətlər edirəm. Bu oğlumu heyrətə gətirir, o ağlamağı unudur və gülməyə başlayır.  

Jessika Xakansson,  
Proses meneceri, Qlobal kreativ departament
İki uşaq anası

DƏRİYƏ QULLUQ
«Körpə uşaqların dərisi bir qayda olaraq həssas olur. Ona görə də mən xüsusi qulluq vasitələrindən – duş kremi və nəmləndirici vasitələrdən istifadə edirəm. Onlar quru vı həssas dərini sakitləşdirirlər. Mənim yeni favoritim: yeni qulluq vasitələri Loving Care».                                                                       

Anna-Klara Qredel

Art-direktor, qlobal onlayn-departament
Bir uşaq anası

 

HƏR ŞEYDƏ OYUN
«Uşaqlar qida seçimində bəhanəçi ola bilərlər. Mənim qızıma hər dəfə tərəvəzlər verdikdə ağlamağa başlayırdı, amma tərəvəzlərdə qorxulu heç nə yoxdur. Onda biz yemək yeməyi maraqlı oyuna çevirmək qərarına qəldik: tərəvəz və meyvələrdən quşlar və hevvanlar fiqurları kəsməyə başladıq. Qızım bunu çox bəyəndi! Artıq o brokkoli ağaclarını çox həvəslə yeyir və ağlamır».


Yanell Xallberq

Baş kateqoriya meneceri, qlobal kreativ departament
Bir uşaq anası


FAYDALI VƏRDİŞLƏR

«Mən uşaqlara suda çinməyə sevgini uşaq vaxtından yaratmışam. Onlar şampun və köpüyü çox sevirlər. Əsl köpük əyləncəsi! Ona görə də qulluq vasitələrini biz həmişə böyük həcmdə alırıq. Onda məhsullar daha gec bitəcək və ailə büdcəsinə zərər gəlməyəcək».

Yuliya Koqa
Art-direktor, qlobal onlayn-departament

İki uşaq anası


HƏYATIN ANLARI 
«Yaş ötdükcə biz daha çox gələcəyi düşünürük, bu gün və bu dəqiqə üçün yaşamırıq. Biz sabaha planlar qurur, gələn ayın bazarlığını düşünürük. Lakin uşaqlar həmin anlardan həzz alırlar. Mən onlarla birlikdə olduqda onlar kimi yaşamağa çalışıram».


Mariya Xillqren
Dizayner, qlobal onlayn-departament
Мама двоих детей

 

Mətn: Şəkil: Evelina Molin